Gündəm

MQF-nin təşəbbüsü ilə vətəndaş cəmiyyətinin problemləri onlayn müzakirə edildi
DİA.AZ: - Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə 23 fevral 2020-ci il tarixində "Vətəndaş cəmiyyətinin inkişafı və ictimai nəzarətin təmin olunması” mövzusunda QHT rəhbərlərinin və ekspertlərin iştirakçılığı ilə növbəti ictimai müzakirə keçirildi. Müzakirənin gündəliyində duran məsələlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına çağırışına əsasən ölkədə vətəndaş cəmiyyətinin inkişafı, ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması məsələləridir.

DİA.AZ xəbər verir ki, MQF-nin prezidenti Rauf Zeyni iştirakçıları salamlayaraq açılışı etdi. Ölkə Prezidentinin ictimai nəzarətin təmin edilməsi müraciətini diqqətə çatdıraraq QHT sektorunun bu fəaliyyətdə aktiv iştirak etməsi üçün keçən tədbirdəki müzakirələr əsasında təkliflər hazırlandığını qeyd etdi. Təklifləri səsləndirməsi üçün MQF-nin vitse-prezidenti, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərliyə söz verdi. Asif Əsgərli qeyd olunan təklifləri səsləndirdi və hər birinin vacibliyini vurğuladı:

1. Ölkəmizdə aparılan islahatlara, dövlətin inkişaf prioritetlərinə və cəmiyyətin yeni çağırışlarına adekvat olan "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyi” adlı yeni Konsepsiya hazırlansın.

2. Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının rolunun artırılmasına, ölkədə 3-cü sektorun siyasi və dövlət idarəçiliyində, qərar qəbuletmə və icraçılıqda çəkisinin yüksəldilməsinə və ictimai sferanın daha fəal iştirakına nail olmaq üçün İctimai Palata yaradılsın.

3. Vətəndaş cəmiyyətinin inkişafına yönəlik qanunvericilik bazasında, o cümlədən, "QHT-lər (ictimai birliklər və fondlar) haqqında”, "Qrant haqqında” və "Sosial sifariş haqqında” qanunlarda ciddi dəyişiklik və əlavələr edilsin.

4. Xarici donorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsinə şərait yaradılsın.

5. Milli donorlar şəbəkəsinin şaxələndirilsin və fəaliyyət arealı genişləndirilsin.

6. Özəl sektorun vətəndaş cəmiyətinə dəstəyini artırmaq, özəl sektor-QHT əməkdaşlığını genişləndirmək üçün hüquqi-iqtisadi stimullaşdıcı addımlar atılsın.

7. Ölkədə ictimai nəzarətin effektiv və praktik tətbiqi təmin edilsin və bu istiqamətdə qanunvericilikdə və prosesin icrasında dəyişikliklər həyata keçirilsin.

8. Ölkədə QHT-nın əsas koordinasiyaedici və geniş şəbəkəli platforması olan, 22 illik zəngin təcrübə və bazaya malik Azərbaycan Milli QHT Forumu daimi qərargahla və illik saxlanma vəsaiti ilə təmin olunsun.

Bu təkliflərin əsasında QHT rəhbərləri – Sabit Bağırov, Eyyub Hüseynov, Qorxmaz İbrahimli, İlham İsmayılov, Azər Həsrət, Qalib Nəbiyev, Mehdi Mehdiyev, İradə Rizazadə, Aydın Əbilov, Əli Mizrəyev, Gülnarə Hüseynova, Ruslan Quliyev, Çingiz Bayramov, İbrahim İbrahimov, Fuad Bədəlov və Ramil Əliyev çıxış etdi. İctimai nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması, QHT-lərə dövlət dəstəyi, QHT-hökumət əməkdaşlığının inkişafı, ictimai nəzarətin təmin olunması üçün dövlət səviyyəsində münbit şəraitin yaradılması, dövlət qurumları yanında yaradılan İctimai Şuraların fəaliyyətinin koordinasiya olunması, ictimai nəzarətin effektivliyi, şəffaflıq və ictimai nəzarətlə əlaqədar cəmiyyətin maarifləndirilməsinin genişləndirilməsi, TV və media ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, mövcud maneələrin aradan qaldırılması və digər məsələlərlə bağlı öz təkliflərini irəli sürdülər.

Rauf Zeyni sonda iştirakçılara öz minnətdarlığını bildirdi və qeyd etdi ki, MQF-nin təşəbbüsü ilə qeyd olunan mövzuda dəfələrlə ictimai müzakirə keçirilmiş və mövcud vəziyyətdən çıxış yolları axtarılmışdır. Təəssüf ki, indiyə qədər olan müzakirələr gözlənilən nəticəni verməmişdir. O əlavə etdi ki, hazırlanan və təqdim olunan təkliflər Ölkə Prezidentinə göndərilərək mövcud problemlərin aradan qaldırılmasına dəstək verilməsi üçün müraciət ediləcək.

Qeyd etmək lazımdır ki, ötən il Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici

siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə bir sıra QHT rəhbərlərinin silsilə görüşləri keçirilmişdir. Vətəndaş cəmiyyətini narahat edən bütün məsələlər bu görüşdə müzakirə edilmişdir.

Biz inanırıq ki, Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə yaxın gələcəkdə vətəndaş cəmiyyətinin mövcud problemləri öz həllini tapacaq.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər