Gündəm

 

Paytaxtın Yasamal rayon inzibati vahidliyində, "Sovetski” adlanan ərazidə problemlər bitmir. Söküntü ərazisindən çıxarılan sakinlərə qarşı qanunsuzluqlar davam edir.
Reportyor.info-nun əməkdaşı xəbər verir ki, sakinlər hüquqlarını tələb etmək üçün Yasamal Rayon İcra Hakimiyyəti qarşısına toplaşıblar.
Onlar kompensasiyaların ədalətli və düzgün verilmədiyini bildiriblər. Sakinlərin etiraza qalxmasına səbəb pozulmuş haqlarını istəməkdir.
"Sovetski” söküntüsünün qurbanları torpaq pulu verilməsini tələb ediblər. Onların nümayəndəsinin dediyinə görə, "Azərekspert” adlı bir şirkət tenderdə qalib elan edilərək kompensasiyaların verilməsini özü həyata keçirib. Bu zaman bazar qiymətinə uyğun olmadan, ucuz şəkildə təzminat ödənilib. Sakinlər deyirlər ki, onlara kvadratına görə 300-1200 manat arası kompensasiya verilib, torpaq pulu belə hesablanmayıb.



Sakinlərin dediyinə görə, onların bir çoxu ev ala bilməyib, kirayələrdə qalan varlar, qeydiyyatları belə yoxdur, polisdədir.
Şikayətçilərin sözlərinə görə, Yasamal rayon icra başçısı Elşad Həsənov keçmiş başçı Əziz Əzizovun əməlləri haqda Bakı meri Eldar Əzizova məruzə etməliydi.
Amma E.Həsənov da sakinlərin hüquqlarının bərpası istiqamətində heç bir addım atmayıb. Sakinlər icra başçısı ilə görüşmək istəyir: "İcra başçısının vəzifəsi budur ki, xalqın problemləri ilə maraqlansın. Onun vəzifəsi deyil ki, qanunsuzuqları davam etdirsin.
Əmlak Komitəsindən bizə deyilir ki, icra başçısının şəxsən göstərişi ilə torpağın Çıxarışını verməyə icazə yoxdur”.
Sakinlər deputatlardan – Elnur Allahverdiyev və Erkin Qədirli ilə görüşüblər. Deputatlar vəd verirlər ki, səsinizi yuxarı instansiyalara çatdıracağıq. Aksiya iştirakçıları bildiriblər ki, bu söküntü işlərində Yasamal İH, Maliyyə Nazirliyi yeyintilərə yol verib.



Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər