Gündəm

VAR poloya da gəlib çıxdı: İlk dəfə Bakıda tətbiq olunacaq - FOTO

 
 
 
 

 
 
 

 
 
 
 

Bu yarış Azərbaycanda ənənəvi hal alıb. VII Arena Polo Dünya Kubokunu gələn il Bakıda təşkil ediləcək polo üzrə Avropa çempionatına son hazırlıq kimi də dəyərləndirmək olar. 

Mumtv xəbər verir ki, bunu Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev deyib.

Sabahdan Binə Atçılıq Mərkəzində VII Arena Polo Dünya Kuboku start götürəcək. Nəbiyev hazırlıq prosesindən danışıb:

 

"Atlar komandalara federasiya tərəfindən veriləcək. Bu, püşk yolu ilə seçiləcək. Ümid edirik ki, yarışda komandamız uğurlu nəticə qazanacaq. Bu səbəbdən Argentinadan təcrübəli məşqçi Raul Laplaseti də son hazırlıq üçün Bakıya dəvət etmişik”. 

O bildirib ki, poloda ilk dəfə VAR sistemi Azərbaycanda tətbiq olunacaq:

"Futboldakı kimi, burada da VAR sistemi tətbiq olunacaq. Bununla da hakimlərin idarəetməsində şübhə yaranarsa, videotəkrara baxılacaq və yekunda düzgün qərar qəbul ediləcək”. 

Ardınca çıxış edən Dünya Polo Klubunun prezidenti Reto Qaudenzi yenidən Azərbaycana gəldikləri üçün şad olduqlarını vurğulayıb:

"Ölkəniz növbəti dəfə bu yarışa ev sahibliyi edir. İnanırıq ki, Dünya Kuboku gərgin mübarizə şəraitində keçəcək və təşkilatçılıq əvvəlki kimi yüksək səviyyədə olacaq”. 

Daha sonra komandaların və oyunçuların təqdimatı keçirilib. 

Qeyd edək ki, sentyabrın 13-15-də keçiriləcək Dünya Kubokunda Azərbaycan, Rusiya, Almaniya və İsveçrə klubları mübarizə aparacaqlar.

İlk oyun Azərbaycanı təmsil edən "Elite Horse & Polo Club Baku” və İsveçrə "Evviva Polo Club St. Moritz”i arasında olacaq. Günün ikinci görüşündə "Los Nocheros Polo Club Münster” (Almaniya) "Planernaya Polo Club Moscow” (Rusiya) klubunu sınağa çəkəcək.VAR poloya da gəlib çıxdı: İlk dəfə Bakıda tətbiq olunacaq - FOTO
VAR poloya da gəlib çıxdı: İlk dəfə Bakıda tətbiq olunacaq - FOTO
VAR poloya da gəlib çıxdı: İlk dəfə Bakıda tətbiq olunacaq - FOTO

Son xəbərlər

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Bütün xəbərlər