TRT 1 üçün çəkiləcək "Barbaros" adlı tarixi serialın çəkilişlərinə hazırlaşan, məşhur aktyor Engin Altan Düzyatan, yeni filmdə çəkilməyə artıq start verib.

Open.az xəbər verir ki, BKM Film Şirkəti imzalı film "Babamın Kemanı" adlanır.

Rejissor Andaç Haznedaoğlu'nun quruluş verdiyi bədii filmdə Engin Altan Düzyatanla tərəf müqabili, tanınmış aktrisa Belçim Bilgin olacaq.

Yeni filmin çəkilişləri martda başlanacaq. Komediya janrında çəkiləcək filmin nümayişi yayda baş tutacaq.

Ülviyyə Həsənqızı

Barbaros