Gündəm

Toy qadağasının altında əzilənlər
On bir aydan çoxdur ki, Azərbaycanda toylar qadağan olunub. Özlüyündə böyük industriyanı cəmləşdirən toy biznesinin faktiki olaraq çökməsi bir sıra sahələrdə, yumşaq desək, fəlakətə səbəb olub. Tikinti materialları bazarı, daşınmaz əmlak bazarı, kirayə toy avtomobilləri, gəlinlik və kirayə geyimlər mağazalarının bazarı bir ilə yaxındır ki, donub, alıcılıq qabiliyyəti həddən artıq aşağı düşüb. Eyni vəziyyəti mebel dükanlarında da görmək mümkündür. Bir zamanlar Babək prospekti boyunca düzülən mebel mağazalarının yerini indi avtomobil salonları, avtomobillərin ehtiyat hissələrinin satıldığı dükanlar tutur.

Sputnik Azərbaycan mebel salonlarının durumunu elə onların özündən öyrənib.

"Saloğlu mebel"dən bildirilib ki, son bir ildə alıcılıq qabiliyyətində gözəçarpan həddə azalmalar olub: "Toyların keçirilməsinin dayandırılması ilə əlaqədar olaraq bu bir il ərzində təxminən 70 faizədək azalmalar olub. Endirimlərimiz olsa da, alıcılıq qabiliyyəti aşağı olaraq qalır".

"Room Mebel"in də alıcılıq qabiliyyəti aşağıdır: "Bizdə mebellərin qiyməti yüksəkdir, alıcılıq qabiliyyətində də azalmalar müşahidə olunur. Endirimimiz çox olmasa da, uzun müddət qalan məhsullara belə aksiyalar təşkil edirik".

"Yağmur" və "Alfemo" mebel mağazalarından isə bildirildi ki, onlarda alıcılıq qabiliyyəti sıfır həddinə düşüb. "Yağmur" mebel salonunun rəsmisi deyir ki, demək olar ki, yalnız evini təmir edənlər mağazaya üz tuturlar:

"Karantindən öncə sifariş verilən mebellərin əksəriyyəti buradadır, aparılmayıb. Lakin müəyyən qədər də olsa, nikaha daxil oan şəxslər də mebel sifariş verirlər".
Bakının ən böyük bazarı "bankrot" olur – Onlar hələ başlarına nə gələcəyini bilmirlər>>

"Həftəyə iki sifariş olur, öncələr isə həftəlik 5-6 satışımız olurdu, sifarişlərimiz isə daha çox olurdu", - deyə "Yağmur" mebel salonunun rəsmisi bildirib və qeyd edib ki, fabriklər qiyməti artırdıqları üçün onlar da mebellərin qiymətini qaldırıblar. Yəni "bu, onlardan asılı olmayan bir səbəbdir".

Müəyyən modellərə endirimlər olsa da, bu da acınacaqlı vəziyyətdən çıxmağa kömək etmir. Sifarişlərin yox həddində olması isə mövcud modellərin uzun müddət mağazalarda qalmasına və bazanın yenilənməməsinə səbəb olur: "Öncələr bir fabrikdən bir TIR-la mebel çıxırdısa, indi 3-4 fabrikdən bir avtomobilimiz çıxır".

Mebel salonları vəziyyətdən yeganə çıxış yolunu toylara icazə verilməsində görürlər. Yoxsa toy qadağası davam etdiyi müddətcə "qızlarımız qalıb qızıla döndükcə" salonlardakı mebellər də həm dəb, həm də qiymət baxımından antikvariata çevrilmək üzrədir.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər