Gündəm

 “Apple” şirkəti “iPhone” smartfonlarının təmirində qənaət edəcək
 
 
 

 
 
 
 
 
 

Apple” şirkəti defektli "iPhone 12” smartfonlarında bəzi texniki nasazlıqlara görə onları yeniləri ilə əvəzləməyəcək. Bu barədə "MacRumors” nəşrinin məlumatında deyilir.

Nəşrin redaksiyasına "Apple” şirkətinin rəsmi servis mərkəzlərinin nümayəndəsi tərəfindən daxili məktub göndərilib. Məktubda qeyd olunur ki, şirkət "iPhone 12” və "12 mini” modellərinin təmiri üzrə qaydaları dəyişir. Qüsurlu qurğularda sıradan çıxma halları ilə bağlı tərtib edilən siyahıda servis mərkəzlərinin mütəxəssisləri tərəfindən onların yeniləri ilə əvəzlənməyəcək hallar göstərilib.

"iPhone” smartfonlarının təmirində qənaət və müştərilərə xidmətin göstərilməsini sürətləndirmək məqsədilə "Apple” servis mərkəzlərinin ustalarına sıradan çıxmış ana plata, "Face ID” biometrik sensoru və korpusun arxa panelinin kosmetik zədələnmələrini yerindəcə aradan qaldırmaq tapşırılıb. Bu halda servis mütəxəssisləri tərəfindən sıradan çıxmış komponentlər dəyişdiriləcək – məsələn, "iPhone” arxa panelində çatlar yarananda o, yeni arxa paneli ilə əvəzlənəcək. "Apple” şirkətinin məlumatına görə, müvafiq qərar təmir prosesini optimallaşdırmağa, sərf edilən komponentlərin sayını və karbon izini azaltmağa imkan verəcək.

Jurnalistlərin fikrincə, gələcəkdə "Apple” şirkəti "iPhone” modelinin təkcə arxa paneli və ana platasını yox, digər komponentləri, məsələn, ekranı dəyişəcək. Bununla əlaqədar smartfonların təmiri xeyli sürətlənəcək və təmir işləri bilavasitə müraciət günündə yerində aparılacaq.

Bildirilir ki, yeni praktika bütün dünyada fəaliyyət göstərən "Apple” şirkətinin rəsmi servis mərkəzlərində "iPhone 12” və "12 mini” modellərinə şamil olunacaq. Seriyanın qabaqcıl smartfonları – "iPhone 12 Pro” və "12 Pro Max” əvvəlki qayda üzrə təmir ediləcək.

Yeni "Apple” smartfonları 2020-ci il sentyabrın 13-də təqdim olunub.


Son xəbərlər

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Bütün xəbərlər