Gündəm

“Səyavuş Aslanın oğlu blokda yatır, dəstək umur” - "...başqa nə isə edə bilmirik"
 
 
 
 
 
 
 
 
 
Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslan acınacaqlı vəziyyətdə yaşayır. O, bir müddət öncə "Elgizlə-izlə” proqramına qonaq olarkən sığınacaqda qaldığını, lakin 6 aylıq vaxtın bitdiyini və qalmağa yerinin olmadığını söyləyib.

Yaxın günlərdə isə "CARÇI” araşdırma mərkəzinin rəhbəri, araşdırmaçı-jurnalist Sərxan Carçı onunla qarşılaşıb. Həmkarımız Feysbuk profilində status yazaraq Çingiz Aslanla avtobusda rastlaşdığını deyib:

"Avtobus sürücüsü sərnişinə qışqırırdı:

- Kartın yoxdursa minmə.
Dedim niyə qışqırırsan, mən ödəyərəm. Sərnişini görəndə dəhşətə gəldim. Adam, hamımızın sevimlisi, Xalq Artisti Səyavuş Aslanın oğlu idi. Mənzərə həqiqətən pis təsir etdi”.

Sərxan bəylə əlaqə saxlayıb, bu haqda ətraflı məlumat öyrəndik. O, "Sherg.az”a bildirdi ki, Səyavuş Aslanla və xanımı ilə münasibətləri olub:

"Kitab pasajında işləyirdim, Səyavuş müəllim də ora yaxın yerdə yaşayırdı. Oğlunu da tanıyırdım, bir neçə dəfə görmüşdüm. Yaxınlarda televiziyadan xəbər tutdum ki, maddi durumu yaxşı deyil. Avtobusda əvvəlcə o, olduğunu bilmədim. Sürücü kiməsə qışqırırdı ki, kartın yoxdursa, düş. Şoferə dedim ki, mən ödəyərəm.

Sonra Səyavuş Aslanın oğlu olduğunu gördüm. Gəldi, yanımda oturdu, mənzil başına çatana qədər dərdləşdik. Demək düzgün çıxmır, amma müəyyən qədər maddi yardım da etdim.

Efirdən ona bir iş adamının sahib çıxdığını eşitdiyimi bildirdim. Cavab verdi ki, yalan söhbətdir. Dedim, qardaşının vəziyyəti də yaxşıdır.

Qayıtdı ki, onun da durumu pisdir. Sonra söylədi ki, blokda yatıram, mənə dəstək ola bilərsənmi?

Söylədim ki, Vallah bacardığımı etdim və durumunu ictimailləşdirəcəm, bəlkə kimsə dəstək olar. Statusa da rəylər gəldi, bir neçə nəfər paylaşdı.

Jurnalistin işi də nəyisə yaymaq, işıqlandırmaqdır. Ondan başqa nə isə edə bilmirik. Soruşdum ki, nömrən varmı, bəlkə, sənə kömək etmək istəyən oldu. Dedi ki, yoxdur.

Təki, sahib çıxan olsun, tapmaq mümkündür. Bəlkə, teatrdan, yaxud da iş adamları, xeyriyyəçilər dəstək olmaq istəyər. O zaman axtarmaq olar”.

 

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər