Gündəm

Göydəki 1 milyard manatımızın xeyiri və erməniyə zərbəsi...
Azərbaycanın üç peyki var. İlk peykin orbitə qaldırılmasından 7 ildən çox zaman keçib. Peyklərin ikisi telekommunikasiya, biri isə müşahidə funksiyasını həyata keçirir. Üç peykin hazırlanması və orbitə qaldırılmasına təxminən 1 milyard manat sərf olunub. Yəni hazırda, belə demək mümkünsə, göydə 1 milyard manat pulumuz var.

Axar.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.

"İlk telekommunikasiya peykimiz "Azərspeys-1”-in (Azerspace-1) ömrünün yarısı gedib, onun orbitə qaldırılmasından 7.5 il ötüb. "Azərspeys-1” peyki 2013-cü il fevralın 9-da kosmosa göndərilib. Peykin ömrünün 15 il olacağı nəzərə tutulurdu.

"Azərspeys-1” layihəsinin ümumi dəyəri 233 milyon dollar təşkil edib. Bu vəsaitin yalnız 15%-i büdcədən ödənilib.

"Azərkosmos” ötən gün rəsmi olaraq bildirib ki, yarı ömrü gedən "Azərspeys-1"-ə yatırılan sərmayələrin 55%-i artıq geri qaytarılıb. Bu nəticəni indiki anda uğurlu hesab etmək olar.

Qurum "Azərspeys-1”-in ömrünün 12-ci ilindən etibarən investisiyaları tam ödəyəcəyini və gəlirlə işləyəcəyini açıqlayıb. "Azərkosmos" əvvəllər bu peykin bütün istismarı müddətində 500-600 milyon dollar qazanacağı haqqında açıqlamalar verib.

Hazırda əldə olunan nəticələr peykin gəlirli olacağını düşünməyə əsaslar versə də, qurumun proqnozlaşdırdığı mənfəət elə də real görsənmir.

"Azərspeys-2” peyki isə 2018-ci ilin sentyabr ayında orbitə qaldırılıb. Layihəyə təxminən 191 milyon dollar xərclənib. Ömrünün 15 ildən çox olacağı nəzərdə tutulub.

Son iki ildə bu peykdən 40 mln. dollar gəlir əldə olunub. "Azərkosmos” bu peykin bütün ömrü müddətində 450 milyon dollar qazanacağı haqqında açıqlamalar verib.

2014-cü ildə "Azərkosmos” və Fransanın "Airbus Defence and Space” şirkətləri arasında "Azərskay” peykinin "Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Layihənin dəyəri 157 milyon avro olub. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.

Yeri gəlmişkən, Prezident "Azərskay” peykinin imkanlarından Vətən müharibəsi zamanı xeyli effektiv istifadə edildiyini bildirmişdi.

"Azərkosmos”un proqnozlarına əsasən, 12 il ərzində "Azərskay” peykinin istismarından təmiz gəlir 220 mln. dollar olacaq”.

Son xəbərlər

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Bütün xəbərlər