Gündəm


"Bahalı olmayan və effektiv pilotsuz uçan aparatlar müharibənin aparılmasının yeni erasını açır. Türkiyə bu tip müharibələrin ustasına çevrilib və o, özünü Dağlıq Qarabağda da sübut etdi. Lakin bu yeni müharibələr özündə bir çox təhlükələri də gizlədir”,-Fransanın "Le Figaro” qəzetinin 44 günlük Qarabağ müharibəsində pilotsuz uçan aparatların rolundan bəhs edən məqaləsində belə deyilir.

Qəzet yazır ki, Türkiyə son illərdə məhz dronların sayəsində Suriyada, Liviyada və İraqın şimalında hərbi əməliyyatların gedişini öz xeyrinə dəyişdirə bilib. Qarabağ müharibəsində isə Türkiyənin təchiz etdiyi döyüş pilotsuz aparatları Ermənistan ordusunun məğlub edilməsində əhəmiyyətli rol oynayıb.

"Hərçənd müharibənin əvvəllərində Dağlıq Qarabağdakı erməni hərbi qüvvələri özlərini xeyli arxayın hiss edirdisə cəmi bir neçə gün sonra onları panik qorxu bürüdü, bu da əsasən havadan irəli gələn təhlükə ilə bağlı idi. Onların artilleriyası və tankları ağacların altında maskalanmışdı, komanda məntəqələri yüksəkliklərdə, təpələrdə möhkəmləndirilmiş bunkerlərdə yerləşirdi, ərazi boyu isə onların uzun və dərin tranşeyləri uzanırdı. Hər şey hərb ənənələrinə uyğun edilmişdi, amma belə strategiya intihara bərabər oldu. Ermənilərin mövqeləri havadan asanlıqla aşkar edilirdi və zərbə pilotsuz aparatları üçün asan hədəfə çevrilirdi. Ermənilər bu hücumlar qarşısında aciz qaldılar və milçək kimi qırılmağa başladılar”,-qəzet yazır.

"Le Figaro” Qarabağ müharibəsini və Azərbaycan ordusunun müharibə strategiyasını nəzərə alaraq yazır ki, bu gün kim müharibədə qalib olmaq istəyirsə əvvəllər aparılan müharibələrdən imtina etməlidir. "Hərbi təyinatlı pilotsuz təyyarələr artıq 20 ildir istifadə olunur, amma onlar ilk dəfə Dağlıq Qarabağda bütün münaqişənin gedişinə təsir göstərdilər. Qafqaz müasir müharibə arenasına çevrildi və sanki ondan xəbər verdi ki, gələcəkdə müharibələr necə aparılacaq. Ona görə də dünyada dronlara müraciət edənlərin sayı getdikcə artır”,-məqalədə bildirilir.

"Le Figaro” qeyd edir ki, PUA-lar təkcə kəşfiyyat və məhvetmə vasitəsi deyil, onlar artilleriya atəşlərini, tankları və piyadaları nizamlamaq üçün də tətbiq edilir. Bundan əlavə PUA-lar düşmənin hava müdafiəsini və rabitəsini də korlayır. Hazırda döyüş pilotsuz aparatlarının 40-dan çox növü var. Onlara raketlər və ya bombalar atan döyüş dronlarından tutmuş hədəfə çatanda ona çırpılıb məhv edən kamikadze-dronlar da daxildir. Sonuncuları əsasən İsrail istehsal edir.

"Dronlar effektivdir və bahalı deyil. Birləşmiş Ştatlar onları illərlə "Əl-Qaidə” və digər terrorçu qruplaşmalara qarşı istifadə edib. Bu gün isə dronlar müharibələrin aparılması üçün ideal şəkildə işə yarayır və başqa silah sistemləri ilə uzlaşır”,-Niderlandda mənzillənən "Rax” beynəlxalq sülhməramlı təşkilatından Vim Tsveynenburq deyir.

Məqalədə belə narahatlıq ifadə olunur ki, döyüş dronları sürətlə yayıldığı üçün gələcəkdə onlar qara bazarlarda da peyda ola, qeyri-leqal silahlı birləşmələrin əlinə keçə bilər.

"Le Figaro” uzun illər ərzində dron istehsalçılarının və ixracatçılarının ABŞ, Çin və İsrail olduqlarını qeyd edir. Bildirir ki, bu gün onların sırasına Türkiyə də qoşulub. Vaşinqton Ankaraya pilotsuz təyyarələr satmaqdan imtina edəndən sonra Türkiyə öz hərbi sənayesini inkişaf etdirib, 2014-cü ildə Türkiyənin "Bayraktar TB2” döyüş dronu ilk uçuşunu həyata keçirib. Sonradan Türkiyənin pilotsuz aviasiya parkının mərkəzi elementinə çevrilib. Bu il isə yeni, daha güclü variantı meydana çıxıb. İndi Türkiyənin pilotsuz aviasiya parkının flaqmanı "Bayraktar Akıncı”dır. Onlar daha çox idarəolunan raketlər və bombalar daşıya bilir.

"Türkiyə ordusu özünün yeni hərbi strategiyasını bir çox beynəlxalq əməliyyatlarda möhkəmləndirə bilib. Ötən ilin fevralında və martında Ankara Suriyanın İdlib əyalətində öz hərbi gücünü ortaya qoyub. Həmin vaxt Əsəd rejiminin qırıcıları aviazərbə ilə 36 Türkiyə hərbçisini öldürdü. Türkiyənin cavabı ləngimədi. Bir həftə ərzində Suriya ordusunun 100-dən çox döyüş maşını məhv edildi və 3 minə qədər hərbçisi öldürüldü. Bu ölümsaçan irimiqyaslı əməliyyat ancaq pilotsuz aviasiyanın, artilleriyanın və qırıcıların kombinasiyası sayəsində mümkün oldu”,-Fransa nəşri yazır.
virtualaz.org

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər