Gündəm

 Mülklərini satışa çıxaran eks-nazirin ŞOK SƏRVƏTİ
 
Ötən gün mülklərinin bir çoxunu satışa çıxarması ilə gündəmə gələn sabiq vergilər naziri Fazil Məmmədovun sərvətini təkcə həmin obyektlər təşkil etmir.

Axar.az xəbər verir ki, 17 il nazir postunda əyləşən Fazil Məmmədovun varidatı yüzmilyonlarla ölçülür.

2017-ci ildə vəzifədən azad edilən Fazil Məmmədova ən böyük gəlir gətirən isə Sinerci Qrup MMC şirkətlər qrupudur. Bu qrupa rəsmi olaraq 30-a yaxın, qeyri-rəsmi isə 60-dan çox şirkət daxildir. "Sinerci Qrup”un tərkibindəki "Exselsior Otel Şəmkir”, "AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, "Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər Şəmkirdə yerləşir. Treydhaus Kaspian Kost Vayneri end Vaynyards MMC isə Rusiya Federasiyasında fәaliyyәt göstәrir.

Sabiq nazirin ata yurdu Şəmkirdə olan sərvəti bununla bitmir. Şəmkir-Quşçuluq MMC, 200-ə yaxın istixana, Zəyəmkəndmaş zavodu, Şəmkir Ət-süd MMC, "Yalta Meşə Ailəvi İstirahət Mərkəzi”, "Şəmkir səbəti” hipermarketi və bir çox şirkət və obyeklər də nazirə məxsusdur.

Gədəbəydə isə "Eldorado” oteli, "Narzan” istirahət zonasındakı istirahət mərkəzlərinin və rayondakı bir çox obyeklərin də F.Məmmədova aid olduğu deyilir.

F.Məmmədovun nazir olarkən ölkədən xaricə 4.5 milyard manat çıxarmasına dair söyləntilər isə boşuna deyil. Belə ki, sabiq nazirin biznes şəbəkəsi Ukrayna, Rusiya, Çexiya və Almaniyaya da uzanır. Onun Kiyevdə 5 ulduzlu "11 Mirros Dizayn” oteli, siqaret, təkər zavodu və "Vladimirski” adlı böyük bazarı var. Sabiq nazir Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks otelə sahibdir. Həmin otel isə "Mir” adlanır.

Sabiq nazirin Çexiyada turistik zonaları və Almaniyada iki fabriki olmasına dair iddialar da vaxtaşırı mediada tirajlanıb.

Son xəbərlər

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bütün xəbərlər