Gündəm

 Dəfələrlə "Aztelekom"a müraciət etsə də... - GİLEY
 
 
 
 
 
 
 
 
 
Göyçay rayonu 7 №li tam orta məktəbdə tarix müəllimi işləyən Aqil Cəfərov internet probleminə görə dərs keçə bilmir. DİA.AZ-ın məlumatına görə, Aqil Cəfərov bildirib ki, dəfələrlə Aztelekom Göyçay şöbəsinə həm yazılı, həm də şifahi şikayət etsə də, onun evinə gələn internet-telefon xəttindəki nazaslığı aradan qaldırmaq mümkün olmayıb:

"Distant təhsilin problemi demək olar ki, respublika üzrə eynilik təşkil edir. Bunun birinci səbəbi internetdir, ikinci isə cihazların olmamasıdır. Digər səbəblər isə müəllimlərin qeri-peşəkar yanaşması, valideynlərin laqeydliyi, məktəb rəhbərliyinin ciddi yanaşmamasıdır. Elə məktəblər var ki direktor, müavin qapı-qapı gəzib valideynlərə uşaqlarının dərslərdə iştirak etməsini tələb kimi qoyurlar.”

Sözü gedən məktəbin fizika müəllimi Asiman Süleymanova isə şikayət etməyin əhəmiyyətsiz olduğunu düşünür: "Elə sinif var ki, 12-13 şagird , elə sinif də var ki, 4-5 şagird dərslərdə iştirak edir. Heç distant təhsillə bağlı metodiki vəsaitlə də tanış deyiləm. Qardaşımın iki övladı şagirddir, evdə otaq çatışmazlığına görə uşaqlar dərs keçməyə yer tapa bilmirlər.”

Məktəbin Gənclərin Çağırışaqədərki Hazırlıq (GÇH) müəllimi Elşən Süleymanov da bildirib ki, distant təhsilə başlayandan o, dərs keçə bilməyib: "Bildiyimiz kimi, GÇH fənni 10-11 siniflərdə tədris olunur, bu sinif şagirdləri demək olar ki bütün respublika üzrə, repetitor yanına gedirlər. Ona görə də GÇH fənninin Microsoft Teams da, internetdə, onlayn formada keçirilməsinə vaxt ayırmırlar. Bu fənlə bağlı problem hələ əyani tədris prosesində özünü göstərirdi. Əsas fənn sayılmayan GÇH fənninə şagirdlər maraq göstərmirlər, sadəcə atıcı silah gətirəndə, hansısa hərbi-idman yarışlarında iştirak etmək üçün hərbi formanı geyib əsgər kimi addımlamaq istəkləri ilə qismən dərslərə, məşqlərə qatılırdılar.”

Göyçay rayon Məlikkənd kənd sakini Məcid Abdullayev Qarabağ müharibəsi veteranıdır, iki övladı var, hər ikisi məktəblidir. Müsahibimiz bildirib ki, evdə internet xətti var, ancaq iki şagird bir telefon işlədir, başqasını almağa isə imkan yoxdur: "Müəllimlər işlərinə ciddi yanaşırlar, amma distant təhsil keyfiyyətli ola bilməz. Uşaqlar Microsoft Teams proqramından yox, adi whatsppdan istifadə edərək dərslərini öyrənirlər. Görüntülü olan digər proqramlar, məsələn, zoom, skype işə yaramır, bağlantı tez-tez kəsilir.”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Son xəbərlər

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Bütün xəbərlər