Gündəm


Şirvan şəhər sakini Adəm Həsənov Hurriyyet.org-a müraciət edərək səbəbsiz yerə işdən çıxarıldığını bildirib. Belə ki, o 2013-cü ildən Hacıqabulda yerləşən "Gilan Seramic” MMC-də çalışıb. Lakin, 2017-ci ilin avqustun 18-də oğlu bərk xəstələndiyi üçün uşağı Bakıya xəstəxanaya aparmaq məcburiyyətində qalır. Növbəti gün övladının xəstəlik kağızıyla işə gəldiyi zaman mühafizəçilər onu içəri buraxmayıb. Hazırda heç yerdə işləmədiyini deyən Şirvan sakini yenidən işə qəbul olunmağını istəyir:

"2013-cü ildə Hacıqabulda yerləşən "Gilan Seramic” MMC-də çalışmışam. Ailəliyəm, üç övladım var. İki qızım və bir oğlum var. Oğlum xəstədir. Yoldaşım özü aparır məktəbə, sonra da gətirir. Mən "Gilan Seramic” MMC-də işləyərək ailəmi saxlayırdım. Fəhlə işləyib ailəmə baxmışam. Oranın rəhbəri Anar Qəniyev də oğlumun xəstə olduğunu bilir. Kadrlar Şöbəsinin rəisi Azər Ağazadədir. 370 azn aylıq məvacib alırdım. 2017-ci ilin avqustun 18-də uşağım bərk xəstələndi. Vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanaya gətirdik. Çünki, onun həkimi Bakıdakı xəstəxada idi. İşə gəlməmiyimlə bağlı iş yoldaşlarımı məlumatlandırmışdım. Növbəti gün uşağımın xəstəliyiylə bağlı kağızı götürüb iş yerimə yollandım. İş yerim yaxınlaşdığım da mühafizəçilər içəri daxil olmağıma icazə vermədi. Bildirdilər ki, Kadrlar Şöbəsinin rəisi Azər Ağazadə mənim içərimi buraxılmamağımla bağlı göstəriş verib. Halbuki, gəlməməyimlə bağlı iş yoldaşlarımı məlumatlandırmışdım. Lakin, onlar üzrlü səbəbdən işə gəlməməyimlə bağlı rəhbərliyə bildirməyib. Sexin rəisi də gəlməməyimlə bağlı kadrların rəisini məlumatlandırıb. O da mənim işdən kənarlaşdırılmağımla bağlı göstəriş verib. Dəfələrlə oranın rəhbəri Anar Qəniyev və Azər Ağazadəyə müraciət etsəm də, müraciətimə baxılmır. Bildirdim ki, bir gündən ötrü insanı işdən kənarlaşdırmazlar. Maaşımdan kəsə bilərlər, amma belə etmələri düzgün deyil. Çünki, xəstə uşağım var. Ailəmi orda işlədiyimə görə saxlaya bilirdim. Dəfələrlə özüm və valideynlərim müraciətə getsə də bizi qəbul etmədilər. Yenidən işə götürülməyimi xahiş edirəm”.

Mövzuyla bağlı Hacıqabulda yerləşən "Gilan Seramic” MMC-nin rəhbəri Anar Qəniyevlə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verilmədi.

Daha sonra, "Gilan Seramic” MMC-nin Bakı ofisiylə əlaqə saxladıq. Bakı ofisindən Hurriyet.org-a bildirilib ki, məsələylə bağlı rəhbərliyə məlumat verilib, redaksiyayla əlaqə saxlanılacaq.

Qeyd: Mövzunu davam etdirəcəyik və qarşı tərəfin fikirlərini yayımlamağa hazırıq. //hurriyet.org//

Son xəbərlər

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - FOTOLAR // VİDEO

İlham Əliyev Yan Vanmini qəbul etdi

Xalq artisti estetik cərrahı məhkəməyə verdi

Sürücülərin diqqətinə: Cərimələnə bilərsiniz - VİDEO

Həbsdən çıxan kimi ilk bu yerə getdi - FOTO

Rusiyada polis postuna silahlı hücum edildi - Ölənlər var

İntihar etməyi düşünən insanlar daha çox bu sözləri işlədir

Bütün xəbərlər