Gündəm


Gələn həftədən yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur. İctimaiyyətdə belə bir narahatlıq var ki, tədris prosesinin bərpası yoluxma sayının artmasına, yenidən qapanmaya gətirib çıxara bilər.

Məsələyə münasibət bildirən ekspert Kamran Əsədov Modern.az-a deyib ki, təhsil prosesi nəhayət bütün pillələr üzrə bərpa edilməlidir:

"Biz bu açılmanı gözləyirdik. Təhsil Nazirliyi fevralın 1-dən ibtidai siniflər də tədrisi qismən bərpa etdi. Biz görürük ki, şagirdlər, müəllimlər, texniki işçilər arasında virusa yoluxan şəxslər var. Təhsil prosesi ona görə bərpa olunmalıdır ki, bu cür şəxslər təhsil müəssisəsinə daxil olan zaman müvafiq olaraq yoxlanılsın və əlamət müşahidə olunanlar təhsildən və cəmiyyətdən təcrid olunsunlar. Fevral ayının 8-dən isə V-IX-cu siniflər, 15-dən etibarən isə ali təhsil müəssisələrində tədris bərpa ediləcək.

Ali təhsil müəssisələrində öncə laboratoriya işi tələb edən fakültələr - yəni kimya, biologiya, fizika ixtisasında təhsil alanlar, eyni zamanda, bütün ali təhsil müəssisələrində tibb ixtisasında oxuyan tələbələr prosesə cəlb olunacaqlar.

IV-cü ixtisas qrupunda pedoqoji və istehsalat təcrübəsinə gedəcək şəxslərin də tədris prosesinə cəlb edilməsi gözlənilir. Humanitar yönümlü fakültələrdə oxuyan bəzi tələbələr var ki, onlara əlavə fənlər keçilir, məsələn, kimya, fizika və ya laboratoriya işi... Bu cür fakültələrin isə bərpası hələ gözlənilmir. Kənd təsərrüfatı ilə bağlı olan fakültələrdə tələbələr birbaşa praktika, laboratoriya işi verirlər, bu cür ixtisasların açılması gözlənilir. Təbii ki,praktika tələb edən dərslər də həftənin hər günü deyil, sadəcə, bir neçə gün keçiriləcək.

Tədris prosesində iştirak könüllülük prosesində həyata keçiriləcək, məcburi tələb deyil. Bu zaman ali təhsil müəssisələri alternativ proses yaratmalıdır. Bir məsələ də var ki, orta təhsil müəssisələrində çalışan müəllimlərin 37%-nin yaşı 50-dən yuxarıdır. Bu müəllimlərin məktəbə getməsi tövsiyə olunmur. Ali təhsil müəssislərində çalışanların isə böyük əksəriyyətinin, yəni 70%-nin yaşı kifayət qədər yuxarıdır. Hər kəsə maraqlı gələn məqam odur ki, bu cür müəllimlər tədris prosesinə necə cəlb olunacaq?

Yaşı yüksək olan müəllimlərin dərsdə iştirakı üçün müəyyən bir forma yaradılmalıdır. Ən azından ali təhsil müəssisələri həmin şəxsləri vaksinasiyaya cəlb etdikdən sonra auditoriyaya buraxa bilər. Düşünürəm ki, bu müddət ərzində bütün təhsil müəssisələrində dizinfeksiya işləri aparılmalıdır".

Ekspert uşaq bağçaları ilə bağlı məsələdən də danışıb. Xatırladıb ki, 15 fevraldan özəl bağçalar fəaliyyətini bərpa edəcək:

"Bildiyimiz kimi, dövlət bağçalarının sayı Bakı, Abşeron, Sumqayıtda kifayət qədər çoxdur və burada şagird sıxlığı müşahidə olunur, bölgələrdə isə sıxlıq müşahidə edilmir. Əgər ciddi bir problem yaranmasa, mart ayının 1-dən etibarən digər ərazilərdə də bağçalar tam fəaliyyətə başlayacaq. Təcrübə bizə göstərdi ki, qapanma ilə hansısa uğur əldə edilə bilməz, əksinə, bu qapanmalar potensial daşıyıcıların və yoluxmuş şəxslərin gizlənməsinə, digər şəxsləri yoluxdurmasına səbəb ola bilir. Təhsil müəssisələri, bağçalar açılsa, bu cür şəxslər müvafiq yoxlamalar zamanı aşkar ediləcək və lazımi tədbirlər görüləcək. Hesab edirəm ki, biz heç bir halda yenidən qapanmaya getməməliyik, çünki bu halda biz uğur əldə edə bilmərik. Artıq vaksinasiya başlayıb və bir müddət sonra tam açılışa doğru gedə bilərik"

Son xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Bütün xəbərlər