Gündəm

İcraçı direktor pulları mənimsəyir, Müşahidə Şurası ancaq müşahidə edirdi?
26 yanvar 2020-ci ildə Bakı Apellyasiya Məhkəməsi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərlinin şikayətini rədd etdi. Xatırladaq ki, 14 yanvar 2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Səfərli haqqında dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Fondun keçmiş icraçı direktoru mənimsəmə və mənimsəmə zamanı xüsusilə böyük ziyan vurmaqda, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulun leqallaşdırılmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Vüqar Səfərlinin yuxarıda göstərilən cinayətləri KİVDF-nin icraçı direktoru vəzifəsində işləyən zaman törətdiyi bildirilir. Fondun nizamnaməsinə görə, bu təşkilatın fəaliyyətinə ümumi nəzarəti doqquz nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir. Nizamnaməyə görə, Müşahidə Şurasının üç üzvü media nümayəndələri, üç üzvü bu Şurada jurnalist ictimai təşkilatlarını təmsil edir. Digər üçü isə müvafiq dövlət qurumlarının nümayəndələridir. Müşahidə Şurası Fondun xərclərinə və icraçı direktorun fəaliyyətinə nəzarət edir (https://kivdf.gov.az/page/charter).

Səfərlinin hələ "at oynadan” vaxtlarında mətbuatda icraçı direktorun Fondun vəsaitlərini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıldığı mövzusunda məqalələr dərc olunmuşdu. Ancaq Müşahidə Şurasının üzvləri bu ittihamlara heç bir şəkildə reaksiya verməmişdilər.

Sabiq direktorun hələlik ittiham olunduğu cinayət əməllərini uzun illərdir "görməyən” Müşahidə Şurası üzvlərinin məhkəməyə cəlb olunması mümkündürmü? AYNA suala cavab axtarıb.

Media mütəxəssisi, professor Qulu Məhərrəmlinin sözlərinə görə, Vüqar Səfərlinin törətdiyi cinayətlərdən Müşahidə Şurasının üzvləri məlumatlı idilər: "Səfərlinin törətdiyi cinayətlərdə bilavasitə əli olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. İcraçı direktorun cinayətlərini bilən, lakin bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyənlər, ilk növbədə mənəvi məsuliyyət daşımalıdırlar”.
Hüquqşünas Ələsgər Məmmədli də o fikirdədir ki, sabiq icraçı direktorun törətdiyi cinayətlərdən xəbəri olan şəxslər məhkəməyə cəlb olunmalıdırlar: "Müşahidə Şurasının üzvləri, Fondun icra orqanlarının fəaliyyətinə nəzarət etməli olduqları üçün hərəkətsizliyə görə cavabdeh ola bilərlər”.

Mətbuat Şurasının üzvü Azər Həsrət isə, Vüqar Səfərlinin cinayətlərini xəbər vermədikləri üçün hüquq-mühafizə orqanlarının kimisə məsuliyyətə cəlb edə biləcəyinə inanmır: "Çünki belə bir mexanizm, sadəcə mövcud deyil. Ancaq hüquq-mühafizə orqanlarının Vüqar Səfərlinin cinayətləri barədə çıxan yazılara niyə heç bir şəkildə reaksiya göstərməməsi sualı məni də maraqlandırır. Həqiqətən, qanuna görə, hüquq-mühafizə orqanları bu yazılarda göstərilən faktları araşdırmalı idi”.

Bir sözlə, V.Səfərlinin məhkəməsi bu vaxta qədər açıqlanmayan bir çox detalları ilə maraqlı bir tamaşa olacağını vəd edir. Əlbəttə ki, "sosialist mülkiyyətinin talanına” görə cavab verən təkcə keçmiş icraçı direktor olmayacaq...

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər