Gündəm

Ermənistanı bu gözləyir və başqa heç bir ŞANS YOXDUR
11 yanvarda Moskvada Putin- Əliyev-Paşinyan arasında üçtərəfli görüş baş tutdu. Birgə açıqlamada təsbit olunmuş çoxsaylı müzakirələrin nəticələri Ermənistan cəmiyyətində növbəti məğlubiyyət hissinə səbəb oldu - bu dəfə danışıqlar masasında...

Publika.az xəbər verir ki, birləşmiş erməni müxalifətinin rəhbəri Vazgen Manukyan liderlərin danışıqlarının nəticələrini şərh edib.

O bildirib ki, Azərbaycanın qarşısında yalnız 2 geosiyasi super-vəzifə durur: "Bizdə elə bir vəziyyət var ki, Moskvadakı danışıqlar nəticəsində imzalanan bütün bəyannamələr yalnız Azərbaycan tərəfinə uyğun gəlir. Ümumiyyətlə, Azərbaycanın bu vəziyyətdə və yaxın perspektivdə yalnız iki super-vəzifəsi var.

Birincisi, məcazi mənada desək, bütün Qarabağı ölkə ilə bütövləşdirməkdir. Zamanla hədəflərinə çatacaqlarına əmindirlər. Hazırda buna can-başla çalışmırlar, amma nəsə edirlər. Məsələn, bir məmur Ermənistandan ora gedirsə, o zaman Bakı ondan müvafiq hökumət strukturlarını məlumatlandırmasını tələb edir. Bu baxımdan Ermənistanın müqaviməti sıfırdır.

İkincisi, rabitə məsələsidir. Bakını, həqiqətən, narahat edən budur. Azərbaycanın Naxçıvanı ölkə ilə birləşdirən bir yola ehtiyacı var. Üstəlik, elə bir şəkildə ki, yol onlar tərəfindən idarə olunsun və Ermənistanın bu dəmir yolu və nəql olunan yükə nəzarət etmək üçün heç bir səlahiyyəti olmasın.

İstədikləri hər şeyi deyə bilərlər. Ancaq əslində hər saniyədə yolu bağlaya bilərlər. Malların tranziti üçün Ermənistandan yüksək ödənişlərin alınacağı istisna edilmir. Sərnişin nəqliyyatı, ümumiyyətlə, daimi təhdid altında qalacaq”.

V.Manukyan qeyd edib ki, Ermənistanın Azərbaycandan fərqli olaraq bir çox problemi var: "Ermənistan problemlərin heç birini həll edə bilmir. Məsələn - 10 noyabrda Qarabağdakı atəşkəs elanının 8-ci bəndində olan hərbi əsirlərin mübadiləsi məsələsi. Bu mənada Moskva danışıqlarının nəticəsi sıfırdır. Ən azı, göstərmək üçün 10 nəfər belə geri qaytarılmadı. Yəni Azərbaycan tərəfi istədiyi kimi davranır. Bu baxımdan, Ermənistan daha bir biabırçı və sarsıdıcı məğlubiyyətə uğradı. Bu dəfə danışıqlar masasında. Əslində, Ermənistan indi heç nə itirə bilməz. Tamamilə haqqını itirən, təslim olması mümkün olan hər şeyi təslim edən qorxaq bir baş nazir Nikol Paşinyanın olduğu müddətcə hər hansı danışıq da uğursuz olacaq. O, yalnız başqalarının ona buyurduqlarını edəcək”.

Müxalifət liderinin sözlərinə görə, kommunikasiyaların açılması Ermənistan iqtisadiyyatı üçün təhlükədir: "Ölkəmizin daxilində xalqı aldadan bəzi qüvvələr var. Deyirlər ki, indi yollar açılacaq, sürəcəksən, ticarət edəcəksən, nəqliyyatdan gəlir əldə edəcəksən, varlanacaqsan və sair. Vaxt var idi, Türkiyə ilə rabitənin açılması barədə danışıqlar gedirdi və mən bu fikri dəstəklədim. İndi qəti şəkildə bunun əleyhinəyəm. Müharibədən sonra ölkənin vəziyyətini nəzərə alsaq, türklər iqtisadiyyatımızı ələ keçirəcək. Anlamalıyıq ki, bizi bir növ "türkləşmə” gözləyir və bu, iqtisadiyyatımız üçün heç bir şans qoymayacaq”.

Son xəbərlər

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

ABŞ İsraili müdafiə etməyə hazırdır - Lloyd Ostin

"Sülh müqaviləsinin imzalanmasında maraqlıyıq” - Tokayev

Nazir Ermənistanın mədəni irsimizi məhv etməsindən danışdı

Büdcə pulları YOXA ÇIXIR... başçının umrunda da deyil... - AXI NİYƏ?

Oğluna 120 min dollarlıq maşın alan, bacısı oğluna vəzifə verdirən müavin yenidən gündəmdə - İLGİNC

Minlərlə taksi şoferini işsiz qoyan üç məmur üzə çıxdı

Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi - DETALLAR

Bütün xəbərlər