Gündəm

Medianın İnkişafı Agentliyi hansı yeniliklər edəcək?
Azərbaycanda yeni yaradılan Medianın İnkişafı Agentliyi yeni innovativ əsalarda və yeni keyyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbayca Respublikasın Medianın İnkişafı Agentliyinin yaradılması milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, bu qərar müasir media və informasiya münasibətlərinin yeni əsaslarda tənzimlənməsini təmin edəcək:

"Eyni zamanda milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək. Məsələ ondadır ki, milli informasiya məkanımızda keyfiyyət dəyişiklərinin yaradılması zərurəti hər bir media mənsubu tərəfindən dərk edilən hətta deyərdim ki arzu edilən bir həqiqət idi. Bunu zəruri edən təkcə klassik medianın ənənəvi problemləri deyildi. Eyni zamnda hazırda ən müxtəlif internet resurslarında ən müxtəlif adlarda formalaşan informasiya subyektləri, onların davranış və fəaliyyəti və bunun informasiya təhlükəsizliyi kontekstində tənzimlənməsi məsələsi də günümüzün tələblərindən biri idi.

Milli informasiya məkanımızda informasiya istehlakçıları, onların mənbə kimi istifadə etdikləri informasiya subyektlərinin çoxşaxəliliyi və bunun virtual və real ictimai münasibətlər sistemimzə təsiri məslələri kompleks şəkildə yanaşma tələb etməklə sadalanan münasibətlərin ictimai və hüquqi tənzimlənməsi məslələrini aktuallşadırırdı. Başqa mühüm bir problem isə mediamızın bir şəkildə qlobal informasiya məkanına inteqrasiyası yaxud bu məkanın imkanlarından milli informasiya məkanımızın lehinə istifadə edilə bilməməsi gerçəkliyi idi.

Əgər daha açıq danışmalı olsaq milli mediamızın qlobal informasiya məkanına çıxışının məhdud olması və burada Azərbaycanın informasiya maraqlarının təmin olunmaması idi. Yəni mövcud informasiya subyektlərimizin transmilli media satusunda keyfiyyətli və milli maraqlarımıza uyğun olan iştirakçılığı arzu edilən səviyyədə deyidi. Bu boşluqdan istifadə edən bəzi yumşaq güc mərkəzləri milli media məkanımızı daima təzyiq altında saxlayır, onun üzərində dominantlıq etməklə əslində bizim informasiya gündəmimizi təyin edirdi”.

H.Babaoğlu vurğulayıb ki, milli informasiya məkanımızın gündəminin başqaları trəfindən təyin edilməsicəhdləri isə milli maraqlarımızla daban-dabana ziddiyət təşkil edirdi:

"Çox təəsüf ki, əksər hallara nə media ilə bağlı yaradılmış ixtisaslaşmış müxtəlif ictimai qrumlarımız nə də digər strukturlarımız buna qarşı effektiv müqavimət nümayiş etdirə bilmirdilər. Nəticədə milli informasiya məkanımız manipuliyasiyaya məruz qalır, beləliklə də milli təhlükəsiziliyimizin əsas komponentlərindən olan informasiya təhlükəsizliyimiz pozulurdu. Ona görə də müxtəlif vaxtlarda bu problemləri həll etmək üçün müəyyən cəhdlər ola da effektiv nəticə əldə etmək mümkün olmadı. Çünki problemin həlli kompleks və əsaslı yanaşma tələb etdiyi halda kosmetik və parakəndə yanşma tətbiq etməklə həll edilməyə cəhd göstərilirdi.

Hazırda yeni təsis edilən Medianın İnkişfı Agentliyi isə məhz bu problemlərin həllinə kompleks yanaşma ilə effektiv həll inkanları yaradır. Bunun üçün yeni yaranmış qrumun nizamnaməsinə nəzər salmaq kifayətdir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, yaradılan yeni qrumun fəaliyyətinin tətbiqi sahəsi sadəcə çap mediası ilə məhdudlaşmır, onun imkanlarından digər bütün media subyektlərinin yararlanması şərtləri formalaşır. Bu çox mühüm yenilikdir. Ona görə ki, agentlik, xəbər portalları, elektron media vasitələri, internet tv və s. kimi çoxsaylı informasiya subyektlərinin informasiya istehasal etməsi və onu istehlakçıya çatdırması çap medası ilə müqayisədə dəfələrlə çoxdur. Deməli yeni yaradılan qrum bu qədər zəngin və effektiv informasiya resursları ilə əməkdaşlıq etmək üçün yeni imkanlar əldə edibdir.

İkninci mühüm məsələ yeni qurumun media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirmək səlahiyyətinin olmasıdır ki, bu da yuxarıda deiyimiz kimi əslində beynəlxaq və transmilli media ilə əməkdaşlıq çərçivəsində qlobal media məkanında informasiya maraqlarımızın qorunmasının təşkilidir”.

Deputat vurğulayıb ki, başqa bir məslə Medianın İnkişafı Agentliyinin məhz bu əməkdaşlığı təmin edəcık kadr potensialını formalaşdıra bilmək imkanlarıdır:

"Yəni jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirilməsi, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirməsi, media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi də yeni yaradılan qrumun məqsədlərindən biri kimi müəyyənləşdirilib.

Bundan başqa daha iki mühüm məsələ var ki, onalrın üzərində ayrıca dayanmaq lazımdır. Bunlardan biri dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirilməsidir. Bu məsələnin əhəmiyyətinə gəldikdə isə qeyd etmək lazımıdr ki, daxili informasiya mübadiləsi prosesinin və informasiya mənbələrinə birbaşa çıxışın səmərəli təşkilindən uzun illərdir danışsaq da burada etimad mühitinin və qarşılıqlı əlaqələrin arzu edilən səviyyədə olmadığını hamımız yaxşı bilirdik.

Yeni yaradılan qrumun fəaliyyət istiqamətlərindən birinin məhz bu sahə olması da həmin problemin həll ediləsinə ciddi töhfələr verə bilər. İknicisi isə qurumun səlahiyyətləri içərisində çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verə bilmək səlahiyyətinin olmasıdır. Əslində uzun illərdir bu funksiyanı media üzrə ixtisaslaşmış bir ictimai təşkilatlar həyata keçirməli olsa da nəticədə bəlli oldu ki, həmin sahədəki problemlər ötən illər ərzində öz həllini tapa bilmədi.

Ümid etmək olar ki, yeni qurum bu sahədə də öz işini səmərəli qura biləcək. Bütün bunlarla yanaşı qaunuvericilik bazasının yeni tələblər əsasında təkmilləşdirilməsi yaxud yenilənməsi, marifləndirmə işinin təşkili, müvafiq konsepsiyaya uyğun olaraq müxtəlif layihələrin həyata keçirilməsi və.s kimi digər xeyli sayda yeni vəzifə və hüqaular müəyyənləşdirilib ki, onalrın hər biri ayrılıqda mediamızın inkişafına təkan verəcək faktor qismində çıxış edəcək.

Ona görə də Medianın İnkişafı Agentliyi yeni innovativ əsalarda və yeni keyyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər