Gündəm

 Ombudsmanların savaşı: Səbinə Əliyeva Tatoyana necə qalib gəldi?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Qazi dövlətin qazi ombudsmanının 44 günlük Vətən müharibəsindəki fəaliyyətinin qısa icmalı

İkinci Qarabağ müharibəsi ön cəbhədə döyüşən ordularla yanaşı, eyni zamanda bütün dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, bütpölükdə millətlərin savaşı idi. Azərbaycan bir dövlət və xalq olaraq bu davadan tarixi qələbə ilə çıxdı. Odur ki, qətiyyətlə demək olar: Azərbaycan ordusu, o ordunun suverenliyini, ərazi bütövlüyünü qoruduğu dövlət, Silahlı Qüvvələrimizin şəxsi heyətini böyüdüb başa çatdıran, müharibənin ən qızğın cağlarında ön cəbhəyə maddi və mənəvi dəstəyini əsirgəməyən bütün xalqımız qazidir. Arxa cəbhədəki qazilərimiz arasında fərqlənən bir isim var. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili, ombudsman Səbinə Əliyeva!

Bəli, II Qarabağ müharibəsi hibrid bir savaş olaraq həm də ombudsmanların savaşı idi. İstər Azərbaycanın, istərsə də Ermənistanın ombudsmanlarının fəaliyyətləri, bəyanatları beynəlxalq qurumlar tərəfindən xüsusi diqqət mərkəzində idi. Düzdür, səhnəyə başqa bir ombudsman da can atırdı: qondarma Dağlıq Qarabağ respublikasının qondarma ombudsmanı. Ancaq o,heç Azərbaycan ombudsman aparatında ən aşağı vəzifədə işləməyə belə layiq deyil.

Azərbaycan və Ermənistan ombudsmanlarının fəaliyyətinin xronikasına nəzər saldıqda dərhal məlum olur ki, ombudsmanların savaşından qalib çıxan məhz Azərbaycandır.

Bu isə heç şübhəsiz Səbinə Əliyevanın hüquqşünas kimi peşəkarlığı, ictimai-siyasi təcrübəsi, vətənpərvərliyi və işgüzarlığı ilə sıx bağlıdır.

Ombudsman Səbinə Əliyeva müharibənin başladığı ilk gündən həm ön cəbhədə, həm də arxa cəbhədə fəallıq nümayiş etdirir, baş verən hadisələrlə bağlı mövqeyini ombudsman kimi yerli və xarici mediaya çatdırır, beynəlxalq qurumlarla işləyirdi.

İnsan hüquqları üzrə Müvəkkili müharibənin ilk günündən- 27 sentyabr 2020-ci ildən etibarən Ermənistan silalı qüvvələri tərəfindən atəşə məruz qalan mülki əhalinin, o cümlədən, qadın və uşaqların qətlə yetirilməsinə qarşı bəyanatlar verir, verilən bəyatlarda Cenevrə Konvensiyalarının, o cümlədən "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Cenevrə Konvensiyasının, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarının kobud şəkildə pozulması dünyanın diqqətinə çatdırırdı.

Daha sonra ombudsman Səbinə Əliyeva Ermənistan silalı qüvvələri tərəfindən raket və digər iri çaplı silahlardan açılmış atəş nəticəsində dağıdılmış rayon və şəhərlərimizdə vəziyyətlə yerindəcə tanış olur və faktaşdırıcı missiya yerinə yetirirdi. Bunun bariz nümunələrindən biri 2 oktyabr 2020-ci il tarixində onun Ermənistan silahlı qüvvələrinin mülki əhalinin yaşadığı Qaşaltı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin həlak olduğu əraziyə, habelə ağır artilleriya atəşi ilə dağıdılmış evə baş çəkərək vəziyyətlə yerində tanış olmasıdır

 

6 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri Gəncə şəhəri və digər ərazilərimizi atəşə tutandan sonra da, o, kabinetində oturmadı, hadisə yerinə baş çəkdi, olayın bütün dünyaya çatdırılması üçün əlindən gələni etdi.

Başqa bir misal: Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset bombalarla atəşə tutulması ilə bağlı 7 oktyabr 2020-ci ildə dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Ombudsmanımız erməni silahlı qüvvələrinin Gəncə şəhərini bombalayaraq törətdiyi müharibə cinayətinin dünyaya çatdırılmasında yaxından iştirak edib, dərhal həmin şəhərə səfər edərək erməni vandalizminin nəticələri ilə yerindəcə tanış olub.

Bu səfər çərçivəsində ombudsman həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb, həmçinin hər iki valideyni dağıntılar altında qalan uşağa baş çəkib.

Ombudsman Səbinə Əliyeva 21 oktyabr 2020-ci il tarixində baş prokuror Kamran Əliyevi, ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç ilə görüşə dəvət edib. Baş Prokuror Kamran Əliyev qonağa Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı hərbi təcavüzü, beynəlxalq humanitar hüququnun tələblərini pozmaqla mülki əhalinin sıx yaşadığı yaşayış məntəqələrini qadağan olunmuş silahlardan atəşə tutması, baş vermis insan təlafatı, dinc əhaliyə qarşı tərədilmiş sülh və insanlıq əleyhinə cinayətlərlə bağlı başlanılmış cinayət işləri barədə geniş məlumat verib.

Ermənistanın Bərdə şəhərinə qarşı törətdiyi terrora da biganə yanaşmayan Səbinə Əliyeva 29 oktyabr 2020-ci il tarixində ora səfər edib və insanların düşdüyü acınacaqlı vəziyyətlə yaxından tanış olub.

Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş azərbaycanlı hərbi qulluqçuların məsələsi ilə bağlı da sistemli işlər görüb. Beynəlxalq səviyyədə milli insan hüquqları təsisatları ilə daimi əsasda əlaqələr yaradıb. Ombudsman Səbinə Əliyeva Azərbaycana qaytarılmış hərbi əsir və girovlarla da görüşüb, onların sağlamlıq durumu, hüquqlarının təmini vəziyyəti, əsir və girov saxlanılarkən onlarla rəftar məsələləri ilə bağlı məlumat alıb.

Bütün bunlar Səbinə Əliyevanın gördüyü işlərin sadəcə az bir hissəsidir. Onun gerçəkləşdirdiyi bütün bu fəaliyyətlərdən göründüyü kimi, o, Azərbaycan ombudsmanı kimi qələbəmizə yetərincə töhfə verə bilib və erməni rəqibi Arman Tatoyanı öz fəaliyyəti ilə məğlub edib.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər