Gündəm

Bir qrup Ucar rayon sakinlərindən ölkə Prezidentinə müraciət-Foto








Bu gün DogruXeber.az informasiya agentliyinin redaksiyasına bir qrup Ucar rayon sakinləri tərəfindən müraciət daxil olmuşdur. Müraciət edən sakinlərin məqsədi bizim vasitəmizlə ölkə Prezidenti və birinci Vitse prezidentə yaşadıqları problemin çatdırılmasıdır. Müraciəti olduqu kimi sizlərə təqdim edirik.

ŞİKAYƏT ƏRİZƏSİ

Biz bu müraciətin müəllifləri olan Ucar rayon sakinləri Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və "Azəriqaz" İstehsalat Birliyinin sədri cənab Ruslan Əliyevdən xahiş edirik özbaşınalıqla məşğul olan Ucar rayon Qaz İdarəsinin rəisi İkram Məhərrəmovun və qəza xidmətinin rəisi Seymur Məmmədovun barəsində təcili tədbirlər görsünlər.Əks təqdirdə rayonda hər gün vətəndaşlara məxsus evlər yanıb kül olacaq.
"Azəriqaaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidməti sahəsinə 17 dekabr 2020-ci il tarixdə İkram Məhərrəmovu rəis vəzifəsinə təyin ediblər.
Bu adam rəis vəzifəsinə təyin olunan kimi ilk işi qazı məhdudiyyətlə vermək və şişirdilmiş sərfiyat qəbzlərini evlərə göndərmək oldu.Qazın təzyiqi azaldılır bir neçə saatdan sonra isə qəfil çoxaldılır.Nəticədə də 8 yanvar 2021-ci il tarixdə Ucar şəhərində 2 nəfərə məxsus ev tamamilə yanaraq kül oldu, çoxlusayda vətəndaşın evində qazla işləyən qızdırıcı qurğular partlayıb sıradan çıxıb.
Belə ki, Ucar Qaz İdarəsinin qəza xidməti rəisi Seymur Məmmədov narkotika qəbul edir.08 yanvar 2021-ci il tarixdə idarənin anbarına gedərək növbətçi Aydən Məmmədovu Bərgüşad kəndinə iş üçün göndərib özü isə növbətçinin yerində oturub narkotika qəbul edir. Saat 19-30 da hallı olduğu üçün qazı yüksək təzyiqlə verdiyindən 2 nəfərin evi yanıb külə dönüb, çoxlusayda evlərdə qaz cihazları sıradan çıxıb. Rəis İkram Məhərrəmov və qəza rəisi Seymur Məmmədov baş vermiş bu cinayəti saat 8-00 da növbəni təhfil almış şəxsin üstünə atmaq istəyirlər. Ancaq yanğın saat 19-30 radələrində baş verib.Çünki yanğının çəkliş video,fotosu var və həmçinin yanğın barədə FHN-nin Yanğından Mühafizə Xidmətinə edilən zəng saatları var.
Ucar rayonunun kəndlərində gecələr əhali yuxuda olan zaman qaz söndürülür, səhər tezdən qəfil verilir.Bu isə evlərin alışaraq yanmasına gətirib çıxara bilər ki, buna görə insanlar qorxu həyacan içində yaşayırlar.
Həmçinin rəis İkram Məhərrəmov abonentlərin evinə şişirdilimiş sərfiyat qəbzləri göndərib əhalinin cibini soymaqla məşğuldur. Hansı ki, 1 ay ərzində sərfiyata görə 30 manat ödəyən şəxsin evinə 20 gün üçün 60 manat sərfiyat qəbzi gəlib.Bu açıq aşkar talançılıqdır ki, İkram Məhərrəmov həyata keçirir.
Təmir adı ilə hər gün rayonda qazın verlişi dayandırlır. Ancaq heç bir təmir aparılmır.Bir küçədə və ya bir kənddə təmir gedirsə bütün rayona qazın verlməsinin dayandırlması qanunsuzluqdur.

Rəis İkram Məhərrəmovun və Seymur Məmmədovun hərəkətləri rayon əhalisini təcübləndirib.
Qaçqın və Məcburi köçkünlər üçün dövlət tərəfindən inşa edilib istifadəyə verilmiş mənzillərin satılması, bağışlanması və kirayə verilməsi qadağan olsada Ucar xidməti sahəsinin rəisi İkram Məhərrəmov və qəza xidmətinin rəisi Seymur Məmmədov Ucar rayonunda qaçqın mənzilində kirayədə yaşayırlar.
Biz Ucar rayon sakinləri evlərimizin qazdan alışıb yanmasını istrəmirik.İkram Məhərrəmovla Seymur Məmmədovun hərəkətləri terorçuların əməllərinə bənzəyir.Ucar rayon əhalisinin həyat və sağlamlığı ciddi təhlükə altındadır.
Hörmətli Prezident, hörmətli Mehriban xanım və cənab Ruslan Əliyev sizdən xahiş edirik müraciətimizdə göstərdiklərimizi yerində araşdırlıb vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuzluğa yol vermiş iki nəfərin evini yanmasına səbəbkar olmuş, saxta qəbzlər tərtib edib insanların pulunu ələ keçirmiş, narkotika qəbul edən İkram Məhərrəmovun və Seymur Məmmədovun barəsidnə ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.
İmza; Ucar rayon sakinləri
1. Purqafari Azər Ələsgər oğlu əlaqə telefonu; 077 610-11-22
2. Ağalarov Nəsimi Akif oğlu
3. Şirinov Raqif Ayaz oğlu
4.Məmmədov Vilayət Mövsüm oğlu
5. Əliyeva Zeynəb Nəbi qızı
6.Salmanova Məhluqə Yasin qızı
7.Məmmədova Nisə Dadaş qızı
8. Tağıyeva Maisə Hüseyn qızı
Azer Elesger oqlu
Redaksiya adları qeyd olunan şəxslərin söz haqqını tanıyır:
Bir qrup Ucar rayon sakinlərindən ölkə Prezidentinə müraciət-Foto
Bir qrup Ucar rayon sakinlərindən ölkə Prezidentinə müraciət-Foto

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər