Gündəm

NAZİR + NƏZİR = "vətəndaş məmnuniyyəti"- Video
 
 
 
 
 
 
 

 
 
 
Atalardan qalma çox dəyərli bir kəlamda deyilir:-"O pis ölməsin ki, yerinə yaxşı gələcək". O pis kimdir, gələn yaxşı kimdir, söhbəti dağa-daşa salmadan birbaşa mətləbə keçək. Yaxın günlərdə "DogruXeber.az" informasiya agentliyinin səhifələrində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "özünə məşğulluq" dövlət layihəsinin tətbiqinin bərbad halından bəhs etmişdik. Adından da göründüyü kimi nazirlik əhalinin sosial problemlərini yerinə yetirməyə borcludur. Buraxaq da vətəndaş qarşısında borclarını, öz işçilərinin belə haqq və hüquqlarını tapdalamaqdan çəkinmirlər.

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına müraciət edən Dövlət Sosial Müdafiə Fondunun işçisi Təranə Əsgərovanın söylədiklərinə əsasən 16 ildir fonda xadimə vəzifəsini yerinə yetirir. 2016-cı ildə DSMF-nun təsərrüfat müdiri Vidadi Nəbiyevin təkidi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məzmunlu ərizəyə imza atdırılıb. Bəhs etdiyimiz inzibati binanın həyətinin təmizliyinə cavabdehlik daşıyan xidməti müqavilə bağlanılıb. Üstəlik gördüyü iş iki işçinin yerinə yetirməli olduğu normativləri üç il təkbaşına edib. Normadan bu qədər artıq işləməsinə baxmayaraq, bir normativə təyin olunmuş əmək haqqı alıb. Təranə Əsgərova onu da əlavə etdi ki, 2016-cı ildən bu günə qədər gördüyü işin əmək haqqını ala bilməməsi barədə dəfələrlə sabiq nazir Səlim Müslümova, Sahil Babayevə müraciətlər edib. Çox təəssüf ki, sələf də, xələf də vətəndaşın ərizəsini oxumadan it-bat ediblər. Müraciətinə cavab ala bilməyən Təranə Əsgərova birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib. Müraciətinin həlli işlədiyi nazirliyə göndərilib. Lakin nazirlik bir xadimə qadının probleminə ayrılan vaxtı "ölmüş zaman" hesab etdiyindən, ərizəni "zibil qutusuna atıb". Kadrlar şöbəsinin müdiri Tokay müəllimsə öz növbəsində aşağıdakıları bildirib:-"Kimə istəyirsən yaz, hara istəyirsən şikayət et, onsuzda yenə bizə gələcək və biz də həll etməyəcəyik”.

ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəsi ölkədə vətəndaşlarının əmək hüquqlarının qorunması vəzifəsini yerinə yetirmək üçün yaradılan qurumdur.. Bu yerdə yenə bir atalar sözü yadımıza düşdü. "Çıraq öz dibinə işıq salmaz". DƏMX-i dövlət, qeyri-dövlət müəssisələrində əmək qanunvericiliyinin pozulması halları aşkar etdikdə dərhal İXM-ni əlində əsas edib, ən ağır cəza üsulları tətbiq edir. Elə isə öz "evlərinin zibilin niyə süpürmürlər?". Məhz bu səbəblə də vətəndaşlar məmurlardan çox, mətbuata etibar edirlər.
İş zamanı baş vermiş bədbəxt hadisələrin tətqiqatının aparılması və işçinin aldığı xəsarətə görə DƏMX-ə məlumat verilməsi işəgötürənin vacib vəzifə borcudur. Azərbaycan Republikasının Əmək Məcəlləsinin 1-ci maddəsi əməyin mühafizəsi ilə başlayır. Bunu niyə xatırlatdıq, izah edək. Bakı şəhərində son dəfə bir neçə gün davam edən şiddətli küləklər zamanı Təranə Əsgərova işdə olduğu zaman külək ağır dəmir qapını onun alnına vurur. Alnı yaralanan işçi özünün dediyi kimi kadrlar şöbəsinin müdiri Tokay müəllimə köməklik üçün müraciət edir. O isə "bu onların işi deyil” deməklə qapıdan qovub. İşçi öz imkanları ilə xətəxanaya çatdırılıb. Göründüyü kimi DSMF "lazımsız məsələlərlə” kollegiyası DƏMX-i "narahat etmək istəməyib”. Əslində narahat etmək deyil. İşəgötürən işçinin iş zamanı xəsarət aldığı sübuta yetirildikdə ödəməyə borclu olduğu konpensasiyanı ödəməmək üçün insan həyatına biganə yanaşır.
Sahil Babayev özündən əvvəlki nazirinin yolu ilə getmədiyini isbatlamağa nə qədər cəhd etsə də sələfinin cızdığı xətdən kənara çıxa bilmir. Amma yox. Kənara çıxdığı tərəfləri vardır.

Ölkə prezidenti qarşısında əzbərlədiyi rəqəmləri bül-bül kimi ötməyi. Lakin əlinin altında çalışan kasıb bir xadiməsinin halını yadda saxlaya bilmir. Demək "gələnlər gedənləri xatırladar" deyimi boşuna deyil.
Ürəyi dolu olan Təranə Əsgərova yalnız işlədiyi nazirlikdən deyil, eyni zamanda digər iş yeri olan MKTS –nin eyiblərindən ibarət dolu "sandığı açdı, pambığı tökdü”. Onu ən çox qeyzləndirən səbəb isə deputat Hadi Rəcəblinin küçə təmizləyiciləri barəsində dedikləri olub. Təranə olduqca gərgin və qəzəblə bildirdi ki, Hadi Rəcəbli Milli Məclisdə oturub söyləyir ki, xadimələr iki-üç saat işləyib 300-400 manat əmək haqqı alırlar. Halbuki, səhər saat 05:30-dan işə başlayır, axşam saat 8-də evinə dönür. İş zamanı başlarına gələn bədbəxt hadisələrə isə nə idarə müdirləri, nə cavabdeh şəxslər məsuliyyət daşımırlar. Onun dediklərində həqiqət olduğunu inkar etmək olmaz. Doğurdan da iki nəfər xadimənin iş başında avtomobil tərəfindən vurularaq dünyalarını dəyişmələri ictimaiyyətin yadından çıxmayıb. Təranənin söylədiklərinə əsasən onun özü də iş zamanı avtomobil tərəfindən vurulub. Lakin müdiriyyət heç bir köməklik etməyib.
Şikayətçimizin söhbətini dinlədikcə düşüncəmizdə müəmmalarla dolu suallar yaranır. Ən önəmli sualsa ondan ibarətdir ki, bir halda DƏMX-i əmək qanunvericiliyinə nəzarət etməyə borclu olduğu halda niyə müşahidəçi rolunu oynayır? Cavab çox sadədir. Vətəndaşın başına gətirilənlərə nəzər saldıqda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tabeliyində olan işçilərinə vətəndaş gözü ilə deyil, əmirə tabe qul düşüncəsi ilə yanaşır. Bəlkə də bu belə deyil. Lakin övladın günahları valideynin üzünü qara edir. DSMF sizin sözə baxmayan "ərköyün övlad”ınızdır. Onların ərköyünlüyü sizə çox başıaşağılıq gətirəcək. Bizdən demək. Çünki dost acı söyləyər.

Qarşı tərəfin mövqeyin dinləyib, dərc etməyə hazırıq:

"DogruXeber.az”


Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər