Gündəm

Ermənilərin Ərdoğana qəfil hücumu – Qarabağa görə
 
 
 
 
 
 

 
 

 
 
 

Erməni mətbuatı və Rusiyanın bir sıra ermənipərəst KİV-ləri qəfildən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hücum ediblər.

MUMTV.az-ın məlumatına görə, belə hücum məqalələrindən birinin müəllifi Rusiyanın ermənipərəst "Reqnum” portalının şərhçisi Stanislav Tarasovdur.

Erməni Apostol Kilsəsinin İstanbul partiarxının seçkilərindən bəhs edən məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu vəzifəyə öz adamı olan Aram Ateşyanı seçdirmək niyyətində olduğu vurğulanır. "Bir sıra erməni ekspertləri ehtimal edirlər ki, İstanbul patriarxı bir sıra məsələlərin həllində Türkiyə hakimiyyətinin əlində alətdir”, – deyə Tarasov vurğulayır.

Məqalə müəllifi iddia edir ki, Eçmiədzin İstanbul patriarxı vəzifəsinə öz adamını seçdirmək istəyir ki, ermənilər üçün ciddi məsələlərdə Ərdoğana təsir göstərə bilsir. Tarasovun fikrincə, bu, Qarabağ məsələsi ilə bağlıdır və ermənilərin niyyəti baş tutarsa, Azərbaycan problemi təkbaşına həll etməli olacaq. Guya Türkiyədə cəmi 100 min erməni var və bu ölkə üçün erməni problemi yoxdur və s…

Rusiyanın "Vestnik Kavkaza” portalı da məsələyə toxunub və ermənilərin belə oyunlarla diqqəti Qarabağ məsələsinə yönəltmək niyyətində olduğu vurğulanıb. Portalın milliyyətcə erməni olan müəllifi Mamikon Babayan ədalət hissini itirmədən bildirib ki, erməni siyasi elitası Azərbaycan torpaqlarının işğalına "azadlıq uğrunda” mübarizə donu geyindirməyə çalışır və bu məsələyə hazırkı prezident Armen Sərkisyan da qoşulub.

Erməni prezident iddia edib ki, bəs, Azərbaycan torpaqlarının işğalı erməni xalqının çoxəsrlik azadlıq mübarizəsinin nəticəsidir və böyük gələcəyin bünövrəsidir. Mamikon Babayan isə Armen Sərksiyanın dediklərinin cəfəngiyyat olduğunu sübut edib: "Konkret olaraq hansı gələcəkdən bəhs edilir, aydın deyil”.  /İstiPress/


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər