Gündəm

Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət satınalmaları haqqında” qanunu niyə unudub?-NONSES


 
 


 Məlum olduğu kimi bu ilin mayın 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. ,Mumtv.az Yenixeber.org-a istinadən xəbər verir ki,istintaqı bu gün də davam edən əməliyyat ictimaiyyət tərəfindən də təqdir olunmaqdadır.

Bu hadisəni xatırlamağımız heç də təsadüf deyil. Mədəniyyət Nazirliyinin Respublika Gözdən Əlillər Kitabxanası ilə bağlı yenixeber.org-a ilginc məlumatlar daxil olub. Məlumatların ictimai arena ilə paralel, aidiyyatı dövlət qurumları üçün də maraqlı olacağı gözləniləndir... Söhbət büdcə vəsaitinin xərclənməsindən, daha doğrusu necə xərclənməsindən gedir.

Məlumata görə Mədəniyyət Nazirliyinin Respublika Gözdən Əlillər Kitabxanası maşın və avadanlıqların, təsərrüfat, invertar və dəftərxana mallarının alınması ilə bağlı "EM EXPO” MMC və "BTV” MMC ilə 23.11.2020-ci il və 20.11.2020-cil tarixlərdə toplam 55460 manatlıq beş lot üzrə müqavilə bağlayıb. Amma,... tərəflər arasında müqavilə satınalma sorğusu keçirilmədən bağlanıb. Bu malların alınması barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Respublika Gözdən Əlillər Kitabxanası tələbat və satınalmada bu mənbələrdən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

Dövlət satınalmaları haqqında qanunda da göstərildiyi ki, büdcə təşkilatı olaraq Respublika Gözdən Əlillər Kitabxanası İqtisadiyyat Nazirliyinin tender.gov.az saytında kotirovka sorğusu elan etməli idi... Daha sonra isə bəlli prosedurla qalib şirkətlərlə satınalan tərəf olaraq Respublika Gözdən Əlillər Kitabxanası müqavilə bağlamalı idi.
Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət satınalmaları haqqında” qanunu niyə unudub?-NONSES


 
 




 
 




Azərbaycanda dövlət satınalamaları ilə bağlı ictimai rəyin yumşaq desək birmənalı olmaması hər kəsə bəllidir... Mütəxəssislərin, millət vəkillərinin və müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir. Büdcə vəsaitinin xərclənməsi ilə bağlı cənab prezidentin də iradları unudulası deyil...

Biz bu və digər məlumatlarla bağlı Respublika Gözdən Əlillər Kitabxanasının direktoru xanım Şəhla Vəliyeva ilə telefon əlaqəsi yaratdıq. Və xahiş etdik ki, mövzu ilə bağlı sorğumuzu göndərmək üçün bir elektron ünvan versin, ya da telefonla bir neçə suallarımızı cavablandırsın. Təəssüf ki, Şəhla xanım nə elektron ünvan verdi, nə də hansısa suallarımızı cavablandırdı. Əksinə,...Kotirovka sorğusunun kitabxananın daxili işi olduğunu, bizə dəxli olmadığını bildirməklə, bir də əlavə etdi ki, həyat yoldaşı hüquqşünasdır(?)    

Xatırladaq ki, Respublika Gözdən Əlillər kitabxanası 1981-ci ildə o vaxtki "Korlar Cəmiyyəti”nin nəzdində açılıb. 1994-ci ildən Mədəniyyət Nazirliyinin balansına verilib və respublikada gözdən əlillər üçün fəaliyyət göstərən yeganə kitabxanadır. 

Gərəkən araşdırmalardan sonra mövzu ilə bağlı geniş yazı hazırlayacağıq.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər