Gündəm

Ali Məhkəmə bəyanat yaydı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Azərbaycan Respublikası Ali Məhkəməsi sədri Ramiz Rzayev bəyanat yayıb.

DogruXeber.az bildirir ki, ali Məhkəmədən Yenisabah.az-a daxil olan bəyanatda deyilir:

"27 və 28 oktyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının silahlı qüvvələri rəsmi olaraq elan edilmiş humanitar atəşkəs rejimini yenidən pozaraq "Smerç” yaylım atəşli reaktiv sistemdən və beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə fəal hərbi zonadan təxminən 40 kilometr aralıda yerləşən sıx məskunlaşmış əhalisi olan Azərbaycan Respublikasının Bərdə şəhərinə zərbələr endiriblər.

Azərbaycanın mülki əhalisinə qarşı qəsdən və heç bir ayırım gözlənilmədən törədilən hücumlar nəticəsində uşaqlar da daxil olmaqla 26 mülki şəxsin öldüyü və 83-dən çoxunun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Dinc əhali arasında itkilərlə yanaşı, mülki infrastruktura da ciddi şəkildə ziyan dəyib. Bərdədə mülki əhaliyə qarşı qəsdən və heç bir ayırım gözənilmədən törədilən bu son hücumlar "Amnesty International”, "Human Rights Watch” və digər insan hüquqları təşkilatlarının yayımladığı hesabatlarda geniş şəkildə sənədləşdirilib. 

Ümumiyyətlə Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycana qarşı hücumları nəticəsində bu günədək 91 mülki şəxs öldürülmüş, 400-dən çoxu müxtəlif dərəcəli bədən xəsarəti almış və Azərbaycanın müxtəlif şəhər və qəsəbələrində xüsusi mülkiyyət daxil olmaqla 3000-dən artıq mülki obyekt məhv edilmiş və ya zədələnib. 

Məlumdur ki, Ermənistan silahlı qüvvələri bu günə qədər dinc əhaliyə öz ərazilərindən və işğal olunmuş Azərbaycan ərazilərindən atəş açmaqda davam edir. Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar rejimə hərbi, siyasi, maliyyə və digər maddi dəstək verir, o cümlədən silahlı qüvvələrini, hərbi texnikasını və "könüllülər" adlandırdıqları, əslində isə muzdlular olan şəxsləri suveren Azərbaycan ərazisinə göndərir.

Qeyd edilən halları təsdiq edən xeyli sayda əsaslı sübutların olması nəzərə alınaraq, Azərbaycan hökuməti 2020-ci il oktyabrın 27-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət göndərərək Məhkəmədən Ermənistanı yuxarıda göstərilən qanunsuz tədbirlərin dayandırılmasına əlavə olaraq silahlı qüvvələrini və qanunsuz olaraq Azərbaycanda yerləşdirilmiş silahlılarını geri çəkməyə və Azərbaycana və onun vətəndaşlarına qarşı nifrət siyasəti yürütməkdən çəkindirməyə çağırmağa tələb edib. 

Öz növbəsində, Azərbaycan hökuməti silahlı qüvvələrin mülki şəxslərə hücum etməsinə və mülki insanlara zərər vuran hücumlara qarşı mütləq bir qadağaya riayət etməsini tələb edən beynəlxalq humanitar hüququn əsas prinsipinə həmişə əməl etdiyini bəyan etmişdir. Azərbaycan silahlı qüvvələri mülki əhaliyə hücumlara olan qadağaya riayət edilməsinə dair bağlılığını bir daha təsdiq edərək, əksinə, döyüş meydanında düşmənin hərbi hədəflərinə ciddi zərbələr endirir.

Beynəlxalq səviyyədə tanınmış öz sərhədləri daxilində dövlət suverenliyini bərpa etmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi nəticəsində, son həftələrdə Azərbaycanın silahlı qüvvələri Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri də daxil olmaqla, bir sıra  şəhər və qəsəbələri erməni işğalından azad edib.

Biz beynəlxalq ictimaiyyəti Bərdə şəhərinə və Azərbaycanın digər yaşayış məntəqələrinə qarşı törədilən terror aktlarını qətiyyətlə pisləməyə çağırırıq. İnsanlığa qarşı bu dəhşətli cinayətləri, o cümlədən 1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycanın mülki əhalisinə qarşı törədilən misli görünməmiş soyqırımı törədənlər dərhal tutulmalı və ədalət mühakiməsinə cəlb olunmalıdırlar.

Biz ərazi bütövlüyünü bərpa etmək, Dağlıq Qarabağ və ona bitişik rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin  müddəalarını həyata keçirən  Azərbaycan hökumətinin səylərini dəstəkləyirik". 

Bəyanatı Azərbaycan Respublikası Ali Məhkəməsi sədri Ramiz Rzayev imzalayıb.


Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər