Gündəm

Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirir
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Oktyabr ayının 17-də, gecə saat 01 radələrində Ermənistan növbəti dəfə müharibə cinayəti törədərək cəbhə bölgəsindən uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutub. Qadağan olunmuş silahlardan istifadə etməklə həyata keçirilmiş bu hücum çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnib.

Bununla işğalçı Ermənistan 10 oktyabr 2020-ci il tarixdən saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini təkrarən kobud şəkildə pozmaqla BMT Nizamnaməsinə, beynəlxalq hüququn ümumi norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar və insan hüquqları normalarına bir daha açıq hörmətsizlik nümayiş etdirir.

Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi növbəti terror aktı nəticəsində baş vermiş insan tələfatı ilə əlaqədar insan hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edən faktların və dəymiş zərərin beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə Gəncə şəhərində faktaraşdırıcı missiya həyata keçirir.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, missiya çərçivəsində Səbinə Əliyeva həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb, dağıdılmış yaşayış evlərinə və digər infrastruktur obyektlərinə baş çəkərək araşdırma aparıb. Ombudsman, həmçinin hər iki valideyni dağıntılar altında qalan və hazırda taleləri barədə məlumat olmayan yaralanmış uşağa da baş çəkib. Mövcud problemlərin yerində həll olunması ilə bağlı aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülüb.

Ermənistanın bu dəfə də mülki obyektləri, uşaq, qadın, əlilliyi olan şəxslər və ahıl insanların da yaşadığı evləri qəsdən hədəfə alması nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər həlak olub, 52 nəfər ağır dərəcəli xəsarətlər alıb, 2 uşağın taleyi barədə məlumat yoxdur. Dağıntılar altında qalanların xilasetmə tədbirləri davam etdirilir.

Təcavüzkar Ermənistanın növbəti ağlasığmaz qəddarlığı Azərbaycanın dinc əhalisinə hədəflənmiş terror aktı, insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti kimi beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən kəskin şəkildə pislənməli, həmin cinayəti törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Ermənistanın terror əməllərini dəstəkləyənlər bu hadisələrdən lazımi nəticə çıxarmalı, susqunluq nümayiş etdirməməlidirlər.

Qeyd olunmalıdır ki, Ermənistanın dinc əhaliyə qarşı törətdiyi bu vandalizmin beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə Ombudsman Səbinə Əliyeva tərəfindən beynəlxalq ictimaiyyətə növbəti bəyanat ünvanlanıb, faktaraşdırıcı missiyanın materialları əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.

(AZƏRTAC)

Son xəbərlər

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bütün xəbərlər