Gündəm

Xankəndidə “Xoş gəldiniz” yazan erməni qadın...
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Ötən gün erməni sosial şəbəkə istifadəçiləri Xankəndidə evinin eyvanına "Xoş gəlmisiniz” yazan yaşlı erməni qadına qarşı zorakılıqdan yazmış və foto paylaşmışdı. Bu qadını erməni polislər ağır şəkildə döyərək, evindən bayıra sürüyüb atmışdılar.

Burda diqqət çəkən iki nüans var:

Bir neçə gün öncə Azərbaycan əsgərinin işğaldan azad edilən torpaqlarda tibb bacılığı edən erməni qadını ilə dialoqunu xatırlayın. Həmin qadın sonradan Bakıda mətbuat konfransı da keçirdi.

O erməni Azərbaycan əsgərini "Evinizə xoş gəldiniz” sözləri ilə qarşılamışdı.

Eyni prosesdir: Xankəndidə də Azərbaycan türkünün nəfəsi duyulan kimi ermənilər Azərbaycan dilində "Xoş gəlmisiniz” sözlərini yazıb, balkonlardan asmağa başladı.

Məsələ ondadır ki, ermənilər "məmə” deyənindən "pəpə” yeyəninə qədər, çox yaxşı bilirlər ki, bu torpaqların sahibi Azərbaycandır, azərbaycanlılardır. Onlar tarixlərini də çox gözəl bilirlər; bilirlər ki, bu torpaqlara gəlmədirlər; bilirlər ki, bu torpaqlarda azərbaycanlılar onlara qucaq açıb; bilirlər ki, biz heç vaxt onları qovmamışıq; bilirlər ki, onları kirvə tutmuşuq və yetim-yesir kimi Azərbaycana gələn bu ermənilərin yerlənib-yataqlanmasına şərait yaratmışıq, evimizdə yerləşdirmişik, ev olmalarına şərait yaratmışıq.

Ermənilər çox yaxşı bilirlər ki, Azərbaycan xalqı yenə də onları qırıb məhv etməyəcək, etdikləri vəhşilikləri unutmasaq da, yenə də bizim torpaqlarımızda "Evinizə xoş gəlmisiniz” etirafı edənlərlə birgə yaşamağa davam edəcəyik.

Azərbaycan xalqının başına bəla olan tolerantlığını da ermənilər gözəl bilirlər...

İkinci ən mühüm məqam o qadının o şəkildə döyülməsidir. Bu, erməni şovinizminin öz xalqına münasibətinin göstəricisidir. Necə ki, təcrübəsiz erməni gəncləri bəzi halda zorla, bəzi halda isə aldadılaraq, Azərbaycan ordusunun qarşısına göndərilir, eləcə də bütövlükdə xalqı birgəyaşayışın mümkünsüzlüyünə sürükləyirlər.

Qarabağda ermənilərin işğalından azad edilən ərazilərə də baxa bilərsiniz: guya Hadrut "ən strateji” qəsəbədir, guya "ən dəbdəbəli” yerdir. Orda yaşayış səviyyəsi evlərin, küçələrin vəziyyətindən görünür: köhnə, bəzi halda başlarına uçan daxmalar, ac-səfil əhali...

İnsanı bu cür səfil durumda yaşamağa nə qədər vadar etmək olar? Erməniləri nə vaxta qədər mina üstündə, qorxu altında, ac-yalavac ömür sürməyə vadar edəcəklər?

Əslində bir səbəb də budur: Qarabağ erməniləri artıq separatçı-terrorçulardan imtina edirlər...

(Axar.az)

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər