Gündəm

Ruh düşkünlüyü başladı: ermənilər nələr yazır?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Ermənistan mediasını ciddi izləyənlər çox yaxşı hiss edə bilərlər: ümumilikdə bütün xəbərlərdə ciddi ruh düşkünlüyü və inamsızlıq hökm sürür.

Ermənistan MN-nin gündə yalnız bir dəfə yaydığı videoda "məhv edilən texnika” görüntüsünün necə əks-effekt verdiyini artıq erməni mediası da anlamağa başlayıb: qeyri-dəqiq zərbə, hədəfin yanına düşən mərmi və toz-duman. Adətən bu "məhvetmə” heç sona qədər də göstərilmir.

Əvəzində isə Azərbaycan Müdafiə Nazirliyi hədəflərin necə dəqiq zərbə endirdiyi, düşmənin ağır texnika və canlı qüvvəsinin necə məhv edildiyini tam aydınlığı ilə, eyni zamanda gündə bir neçə göstərir. Bunları isə təkcə Azərbaycan xalqı yox, ermənilər də izləyir.

Xüsusilə Suqovuşan, Talış və Hadrutun azad edilməsindən sonra Ermənistan ictimaiyyəti, sosial şəbəkə istifadəçiləri və mediasının nəinki yazı, xəbər paylaşımlarında da düşkünlük var. Erməni mediasının xəbər lenti yalnız "Azərbaycan sülhü pozdu” (halbuki "sülh” deyilən anlayış yoxdur, humanitar atəşkəsdən söhbət gedir və humanitar atəşkəsi də Ermənistan onun elan edildiyi gün Gəncəyə "Skad” ballistik raketi ilə endirdiyi zərbə ilə məhv edib), Rusiya və digər ölkələrin sülh çağırışlarına aid geniş materiallardan ibarətdir. Bir də Ermənistan Müdafiə Nazirliyinin gündə bir neçə dəfə ümumi sözlərdən ibarət "döyüş şəraitinə nəzarət edirik” misalı heç bir video və foto ilə əsaslandırılmayan məlumatları...

Siyasi anlamda isə Ermənistanı düşdüyü vəziyyətdən xilas etmək çabaları başlayıb: bir tərəfdən "dqr”in tanınması cəhdləri, digər tərəfdən Qarabağa silah daşınması və bunun üçün diapor nümayəndələrinin səfərbər olunması, xarici ölkələrdən yardım alınması müzakirələri gedir. Bütün bu müzakirələrdə Ermənistan rəsmilərinin yenə "dqr”dən "dövlət” kimi danışmağa davam etməsi, paralel olaraq cəbhəyə daha çox canlı qüvvə və texnika yığılması çağırışları istər-istəməz, Ermənistan siyasətçilərinin öz xalqını hansı şəkildə istismar və məhv etdiyini təsəvvür etməyə imkan yaradır.

Nəinki Qarabağda, İrəvanda belə kommunal xidmətlərdə ciddi axsamalar müşahidə olunur. Xandəndidə isə ümumiyyətlə həyat yoxdur: erməni sosial şəbəkə istifadəçiləri və Xankəndidən reportaj hazırlayan müxbirlərin yazdığına görə, şəhər demək olar ki, tam boşaldılıb, Xankəndidə qalan yalnız bir qrup hərbçi və milislərdir.

Milislərin Xankəndidə boşalan mənzilləri talan etməsini isə ermənilər özləri yazırlar.

Erməni sosial şəbəkə istifadəçilərinin hazırda ən çox diqqət etdiyi məqam ölən və itkin düşən əsgərlərdir. Ermənistan MN dünənə qədər 430 əsgərinin öldüyünü açıqlamışdısa, dünən axşama doğru artıq 3 siyahı elan etməyə məcbur oldu: 1-ci siyahıda 51, ikincidə 45, üçüncüdə isə 17 hərbçisinin ölümünü təsdiqlədi. Beləliklə, yalnız bir gün içində ölənlərin rəsmi sayı 113-ə (ümumi 532) çatdı.

Ancaq erməni sosial şəbəkə istifadəçiləri minlərlə itkindən xəbər gözləyir – hər yerdə bu əsgərlərin fotoları yayılır, onların öldü-qaldısını öyrənmək istəyirlər...

(Axar.az)

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər