Gündəm

Manaf Ağayev keçmiş kürəkənini kriminal aləmin adamları ilə təhdid etdi - Video
 
 
 
 
 
 
 
 
 
Allah-təala insanı yaradarkən üç tələbatla birgə var etdi. Maddi, mənəvi, bioloji tələbat. Məhz insanlar da bu üç ehtiyaclarından hansına daha çox meyl etdisə, ona uyğun hörmətə layiq oldu. Lakin elə insanlar da vardır ki, yanğısı olduğu gerçək duyğularını saxta pafosu arxasında gizlətməyə çalışır. Di gəl ki, gerçək sima bir gün çılpaqlığı ilə üzə çıxır. 

Yaxın günlərdə mətbuat konfransı keçirən tanınmış müğənni Manaf Ağayevin keçmiş kürəkəni Tural Hüseynov keçmiş qaynatası barədə bilmədiyimiz çox həqiqətin üstünü açdı. Tural Hüseynov Ağayevin qızı Səmayə Ağayeva ilə beş il ailə həyatı yaşayıb. Nigah dövründə davam edən ailə münaqişələri nəhayət ailənin dağılması ilə nəticələnib. Tərəflər boşandıqdan sonra Səmayə Ağayeva yenə də keçmiş həyat yoldaşının evində qeyri-rəsmi yaşamaqda davam edib. Məsələnin mahiyyəti ondadır ki, Manaf Ağayev qızının nigahı pozulduqdan sonra artıq yad bir kişi ilə qeyri-rəsmi yaşamasını qəbul etməsində Manaf Ağayevin maddi maraqları dayanıb. Tural Hüseynovun jurnalistlərə söylədiklərinə əsaslanaraq söyləyirik ki, keçmiş qaynatası qızını öz evinə aparmaq üçün sabiq kürəkənindən 40 min avro tələb edir. Tələb etdiyi məbləğdə pul qaytarılana qədər qızı Tural Hüseynovun evində qeyri-rəsmi yaşamağa davam edəcək. Qəribə məntiqdir. Pul xatirinə qızının yad kişi ilə bir damın altında yaşamasına göz yummaq. 

Manaf Ağayev danışıqları ilə cəmiyyətdə özünü patiryot, milli təəssübkeş, vətənpərvər oğul kimi tanıtmağa çalışsa da əslində bunlar sabun köpüyündən fərqli deyil. Özü köçkün həyatı yaşamış Manaf Ağayev əslində köçkünlərin halını daha yaxşı başa düşməyə borcludur. Üstəlik bir də vətən-vətən deyib, sinəsinə vurur. Elə isə niyə sərmayəsini vətəninə deyil Almaniyaya yatızdırıb, orada iş yerləri yaradır. Gəlirini Alman dövlətinə verir.Məgər olmazdı ki, o sərmayə ilə öz xalqı üçün xeyirli işlər görərdi? Bu qədər işsiz vətəndaşlarının evinə,ailəsinə qazanc yeri yaradardı? 

Yəqin ki,insanların yadından çıxmayıb. Efirdə müğənni Mətanət Əsədovanın birbaşa geyiminə irad bildirən ağsaqqal publisist-jurnalist Əziz Musaya qarşı etdiyi kobudluq. Etiraf edim ki, öncə Manaf Ağayevin bu davranışına heyrətdən donub qaldım. Çünki, Mətanət Əsədovanın vulqar görünüşünü müdafiə edən nə Samiraldo, nə Samir Bağırov deyildi. Orbitasında namus mücəssəməsi timsalı yaratmış Manaf Ağayev idi. Əslində bu gün Manaf Ağayevin keçmiş kürəkəni Tural Hüseynov arasında yaranan maddiyyata bağlı qarşıdurmalarda qaynatanın doğru-yalan şahidlərə ehtiyacı olacağını bildiyi üçün belə bir biabırçılığı müdafiə etdiyini düşünürük. Necə deyərlər:- "Əl əli yuyur,əldə dönüb üzü yuyur”. Üzü yumaqdan söz düşmüşkən, Tural Hüseynovun söylədiklərinə əsaslanaraq, Səmayə Ağayeva ilə boşanan zaman tanınmış müğənni Nüşabə Ələsgərli həmkarına xoş gəlməkdən mi ya nədənsə Tural əlehinə yalan şahidlik edib. Halbuki, xanım müğənni onun evində bir dəfə belə olmadığı halda, onun xanımı Səmayə ilə kobud davrandığını, ona hədiyyə etdiyi qızıl ziynət əşyalarını özündə saxladığını təsdiqləyən yalan ifadələrlə məhkəmədə çıxış edib. Digər yalançı şahidlərin kimliyini açıqlamayan Tural bəyin adlarını gizli saxladığı şahidlərin bəlkə də arasında Manaf bəy eyibini müdafiə etdiyi Mətanət Əsədovada var idi. 

Tural Hüseynov jurnalistlərə bildirdi ki, keçmiş xanımı ilə ayrılan zaman səlahiyyətli nümayəndələrin iştirakı ilə Səmayə Ağayevanın cehizləri siyahıya alınıb və xanımın evinə göndərilib. Lakin nə Səmayə Ağayeva nə də atası Manaf Ağayev cehizləri qəbul etməyiblər. Cehizlərin qarşılığında isə Tural Hüseynovdan 130 000 AZN dəyərində təzminat tələbi ilə məhkəməyə müraciət ediblər. Üstəlik nigah zamanı Tural Hüseynovun keçmiş həyat yoldaşına bağışladığı qızıl-ziynət əşyalarının geri qaytarılması iddiasını da irəli sürürlər. Halbuki, qızıl əşyalarının Səmayə Ağayevanın özündə olması ilə bağlı kifayət qədər sübutların olmasını bildirən Tural bəyin vəkili Könül xanım məhkəmənin onun müvəkkili barəsində qərəzli mövqedən çıxış etdiyini söylədi. Eləcə də onu qeyd etdi ki, Manaf Ağayev ictimai nüfuzundan istifadə edib, məhkəmələrə təsir göstərir. Apelyasiya məhkəməsinin hakimi Xəyal Sarıyev Tural Hüseynovun vəkillərinin məhkəməyə təqdim etdikləri fakt və dəlillərə məhəl qoymadan, şəxsi münasibətlər zəminində Tural Hüseynovun əlehinə qərar qəbul edib. Tural bəyin söylədiklərinə əsaslansaq hakim Xəyal Sarıyevi ədalətsiz qərar çıxarmağa vadar edən səbəb Manaf Ağayevin göz qamaşdırıcı hədiyyələri olub. Əgər bu doğrudan da belədirsə yaxşı olar ki, Xəyal Sarıyev qərar qəbul etməzdən öncə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında İlham Əliyev cənablarının 03 aprel 2019-cu il tarixli fərmanını yada salsa bu gün adı sifarişli qərarlar qəbul edən hakimlər sırasında hallanmazdı. 

Qələmə aldığımız yazımız Tural Hüseynovun ailə problemləri olduğu üçün jurnalistlər qarşısında olduqca məhdud və vacib sandığı məqamlara toxundu. Onu da qeyd etdi ki, ayrılan cütlüklər yalnız onlar deyil. Problemlərini sivil şəkildə ağsaqqalların köməyi ilə yoluna qoymaq olardı ki, məsələmiz məhkəmə salonlarına qədər uzanmazdı. Çox təəssüf ki, Manaf Ağayev ağsaqqal sözünə məhəl qoymayanlardandır. 

Əslində onun söylədiyi sözdə həqiqət var. Bütün Azərbaycan ağsaqqal Əziz Musaya qarşı qaba rəftarının şahidi olub. 
Artıq söhbətə yekun vurub, sonda onu söyləmək istərdik ki, dünya malına uyub haqqı-nahaqqa verən hər kəs sonda Allahın mühakiməsindən yaxa qurtara bilməyəcək. Özləri yaxa qurtarsa da övladları onların günahlarının cəzasını çəkəcəklər. Atalar demişkən:-"Babalar alça yeyib,nəvələrin dişi qamaşıb”.

Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq..

"DogruXeber.az” 

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər