Gündəm
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mumtv.az bildirir ki,mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz22-24, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq.Atmosfertəzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə65-75, gündüz 40-45 faizolacaq.
Sentyabrın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 25-29, dağlarda gecə 10-15, gündüz17-21 dərəcəisti olacaq.
(Apa.az)