Gündəm
Gündəm / Siyasət / Cəmiyyət / Hadisə / Sosial
Nazirdən karantində oğluna toy edən deputata XƏBƏRDARLIQ
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Cəmil Yamanı qanunlara əməl etməyə çağırıb.
Mumv.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb depuatatın karantində oğluna 1500 nəfərin iştirakı ilə toy mərasimi təşkil etməsi olub.
"Hər kəs qaydalara əməl etmək məcburiyyətindədir. Heç kimin pandemiya ilə mübarizədə kənarda qalmağa haqqı yoxdur. Məsuliyyət sahibi olan şəxslər daha çox örnək olmalıdır", - deyə Koca bildirib.