Gündəm
Gündəm / Cəmiyyət / Sosial
DİN Qobustandakı qəza ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Mumtv.az Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata əsasən bildirir ki, avqustun 24-də saat 15 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Zaqatala rayon sakini Ə.Nəbiyev idarə etdiyi "Mercedes-Vito” markalı mikroavtobusu aşırıb. Nəticədə sərnişinlərindən Qax rayon sakini Əminə Şövkətli hadisə yerində ölüb, digər sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.