Gündəm
Gündəm
Sabirabadda yük maşını aşaraq yol kənarındakı meyvə köşkünü dağıdıb - FOTO
Sabirabadda yük avtomobili aşıb.
Mumtv.az APA-nın Mil-Muğan bürosunun məlumatına əsasən bildirir ki, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib. "KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə yol kənarındakı meyvə köşkü dağılıb. Sürücü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.