Gündəm

Dostunu öldürüb xarici ölkəyə qaçdı - VİDEO

2017-ci il iyulun 15-də Kliniki Tibbi Mərkəzdən Səbail RPİ 8-ci PB-nə Bayıl qəsəbəsindən deşilmiş-kəsilmiş xəsarətlərlə daxil olan Bakı şəhər sakini Nail Abdulrəhmanovun vəfat etməsi ilə bağlı məlumat verilib. Araşdırma zamanı hadisənin F.Qurbanov küçəsi, 158/159 ünvanında baş verməsi, Abdulrəhmanova bıçaqla xəsarətlər yetirən şəxsin - qəsəbə sakini Əli Nağıyev olması məlum olub.

Mumtv.az BAKU.WS-ə istinadən xəbər verir ki, barəsində axtarış elan olunmuş Əli Nağıyev Azərbaycan sərhədini qanunsuz yolla keçib Gürcüstanda gizlənib və həmin ölkənin mobil operatorlarından istifadə edərək ailə üzvləri ilə əlaqə saxlayıb. 2017-ci il oktyabrın 2-də Nağıyev Gürcüstan ərazisində tutulub və təxminən 9 aydan sonra Azərbaycana ekstradisiya edilib.

İstintaqla müəyyən edilib ki, Əli Nağıyev tanışı Nail Abdurəhmanovun ondan dəfələrlə pul tələb etməsi, ona məxsus telefonu girov qoyması, onu döyməsi, axırıncı dəfə isə Bayıl qəsəbəsində, onun vasitəsilə tanışı Telman Məmmədovdan icarəyə götürdüyü avtomobilin icarə pulunun ödəməməsi ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Abdurəhmanovun, ünvanına söyüşlər söyməsi və sinəsinə yumruqla vurması, habelə əvvəllər də ona qarşı etdiyi bu kimi hərəkətlərdən əsəbləşərək, üzərində gəzdirdiyi bıçaqla ürək və qarın nahiyəsinə 2 dəfə zərbə vuraraq, onu qəsdən öldürüb.

Əli Nağıyev ifadəsində bildirib ki, Bayıl qəsəbəsində yerləşən aptekin içərisində, kirayə yer götürüb optika işi ilə məşğul olub. Nail Abdurəhmanovu 2017-ci ilin aprel ayından, cəzaçəkmə müəssisəsindən çıxan zaman tanıyıb, ilk vaxtlar aralarında çox yaxşı münasibətlər olub. Lakin, sonra Nail onu sıxışdırmağa başlayıb, tez-tez pul istəyib və həmin məbləğlərə narkotik vasitələr alıb. May ayında Telman adlı tanışından taksi sürücülüyü ilə məşğul olmaq üçün aylıq 200 manat olmaqla kirayə "Tofaş” markalı avtomobil götürüb.

Nail maşını ona verməsini xahiş edib, 50 manat pul verərək, yerdə qalan məbləği qısa müddət ərzində verəcəyini bildirib. Nailin təkidi ilə Telmanla danışıb. Sonuncudan Abdulrəhmanova etibarnamə verməsini xahiş edərək, bundan sonra maşının aylıq kirayə haqqını onun verəcəyini deyib. Amma, Nail taksi fəaliyyəti ilə məşğul olacağını söyləsə də, bu işlə məşğul olmayıb, narkotik vasitə qəbul edib tüfeyli həyat tərzi keçirib. İyul ayının əvvəllərində avtomobillə qəza törədib. Maşını təmir etdirməyib, həmçinin Telman Məmmədovun aylıq pulunu da ödəməyib.

İyulun 11-də Nail növbəti dəfə pul istədikdə, Əli pulu olmadığını bildirib. Buna görə, aralarında mübahisə olub. Ayın 15-də axşam işlədiyi aptekin qarşısında dayananda Nail gəlib, bir az qəsəbədə gəzməyi təklif edib. Marketin yanındakı taksi sürücüləri ilə görüşdükdən sonra, ara küçə ilə 203 saylı orta məktəbə doğru gediblər. Həmin vaxt Telman Əlinin telefonuna zəng edib, cavab verəndə tanışı sərt şəkildə Nailin avtomobilin pulunu ödəmədiyini, ya pulu, ya da avtomobili verməsini, əks təqdirdə başqa cür danışacağını bildirib.

O, ya pulu verməsini, ya da maşını qaytarmasını söyləyəndə Abdulrəhmanov qəzəblənib ona deyib ki, maşını heç kimə verməyəcək. Yaranmış mübahisə zamanı bir-birlərini yumruqla vurublar. Nailin əlindən aldığı bıçağın onun bədəninə girdiyini hiss edib, lakin ərazi qaranlıq olduğundan hansı nahiyyəsini deşdiyini görməyib. Bıçağı hadisə yerində atıb, qaçıb.

Tanışından borca pul alaraq taksi ilə «Qırmızı Körpüyə» sərhəd keçid məntəqəsinə gedib. Ancaq buradan Gürcüstana keçə bilməyib. Rusiyada yaşayan atasına zəng edib, adam bıçaqladığını və Gürcüstana keçmək üçün ona köməklik göstərməsini bildirib. 10 dəqiqədən sonra atası geri yığıb, Zaqatala rayonuna getməsini tapşırıb. Həmin rayonun giriş hissəsində, yolun kənarında dayanmasını, bir nəfərin gəlib, onu Gürcüstana keçirəcəyini deyib. İyulun 17-i gecə saat 1 radələrində təxminən 40 yaşlarında olan «Qoca» adı ilə tanıdığı, Gürcüstan vətəndaşı gəlib, onu qanunsuz, meşə və dağ yolları ilə ölkəyə keçirib. Gürcüstan ərazisində onun avtomobili ilə atasının Musa adlı dostunun evinə gediblər. Orda yaşayıb. Həmin ilin oktyabr ayında yerli polis əməkdaşları tərəfindən "Yormuğanlı” kəndində tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Nağıyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunub.


Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər