Gündəm

Azercell jurnalistlərə 5GB mobil internet hədiyyə etdi

22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilir. Düz 145 il öncə, 1875-ci il iyulun 22-də, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük maddi və senzura çətinliklərinə rəğmən ana dilində "Əkinçi" qəzetinin nəşrinə başlayır.

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz çevik fəaliyyətilə içtimaiyyətin köməyinə gəlib. Bu gün də, dünyada və cəmiyyətimizdə baş verən mühüm hadisələr zamanı yorulmadan çalışanlar, həqiqəti göstərmək üçün vuruşanlar, daim araşdıranlar, olanları çatdıranlara ən böyük ehtiyac duyulur.

"Azercell Telekom” MMC də Milli Mətbuat və Jurnalistika Günündə jurnalistlərin əhəmiyyətli fəaliyyətini qiymətləndirərək, onların çevik və fasiləsiz şəkildə çalışmalarına dəstək vermək üçün öz hədiyyəsini təqdim edir. 21-27 iyul müddətində 7.000 Mediacell tarifi istifadəçiləri simvolik "1875” açar sözünü "5005” qısa nömrəsinə göndərməklə Azercell-dən hədiyyə olaraq 5GB mobil internet əldə edə bilər. Qeyd edək ki, 5GB həcmində mobil internetdən yükləndiyi gündən etibarən bir ay (30 gün) ərzində istifadə etmək mümkündür.

Daha ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/monthly/metbuat səhifəsindən tanış olmaq mümkündür.

Mətbuat nümayəndələri üçün "Mediacell” adlı xüsusi tarif paketi təklif edən ilk operator olan, ölkəmizdə jurnalistikanın inkişafına yönəlik bir sıra layihələr həyata keçirən Azercell, hər zaman bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edib. Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və məlumat sessiyaları təşkil edərək, jurnalistlərin peşəkar inkişafına öz töhfəsini verib, onların beynəlxalq təcrübələrdən bəhrələnməsinə şərait yaradıb. Vurğulamaq istərdik ki, indiyədək 450-dən çox jurnalist Azercell-in ingilis dili üzrə təşkil etdiyi kursların iştirakçısı olub.

Bizi xəbərsiz qoymadığınız üçün təşəkkür edirik, dəyərli media əməkdaşları!


Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər