Gündəm

MUMtv.az: - Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi əslində gözlənilməz olmadı. Onun fəaliyyəti uzun illərdir ki, həm mütəxəssislər, həm də ictimaiyyət tərəfindən ciddi tənqid olunurdu.

Bizimesr.az bildirir ki, Saleh Məmmədovun karyera yoluna nəzər saldıqda, onun yol təsərrüfatı sistemində onilliklər boyu əsas fiqurlardan biri olduğu görünür. Lakin bu uzunmüddətli fəaliyyət dövrü yol infrastrukturunda keyfiyyətli dönüşlə deyil, daha çox tender qalmaqalları, qeyri-şəffaf maliyyə bölgüsü, qohumbazlıq iddiaları ilə yadda qalır.

Xüsusilə diqqət çəkən məqamlardan biri Saleh Məmmədovun 57 yaşında Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirməsidir. Bu fakt cəmiyyətdə haqlı suallar doğururdu - uzun illər texniki və icraedici vəzifələrdə çalışan bir məmurun bu yaşda hüquq təhsili almasına real ehtiyac nə idi və o, ali məktəbə hansı mexanizmlə qəbul olunmuşdu? Təəssüf ki, bu suallar indiyədək açıq və əsaslandırılmış cavabını tapmayıb.

Onun rəhbərliyi dövründə AAYDA-da aparılan struktur dəyişiklikləri də ayrıca tənqid mövzusudur. Qurumun tabeliyində 100-dən artıq MMC-nin yaradılması yol təsərrüfatında rəqabətin artmasına yox, əksinə, dövlət vəsaitlərinin müəyyən qruplar arasında bölüşdürülməsi mexanizminə çevrildiyi barədə ciddi şübhələr yaradırdı. Bu MMC-lərin əksəriyyətinin real istehsal və icra fəaliyyəti ilə deyil, formal işlərlə - “yerli əhəmiyyətli yolların süpürülməsi” kimi simvolik fəaliyyətlərlə məşğul olduğu iddia olunurdu.

Ən ciddi problemlərdən biri isə rayonlarda yol təmiri və yenidənqurma işlərinin ədalətsiz bölgüsü ilə bağlı səslənirdi.
Dövlət sifarişləri bütün Yol İstismar İdarələri arasında bərabər paylanmırdı, əksinə, Saleh Məmmədova yaxınlığı ilə tanınan bir neçə idarə və şirkət daim tender qalibi olur, digərləri isə faktiki olaraq prosesdən kənarda saxlanıdı. Bu da həm regionlararası inkişaf fərqlərini dərinləşdirir, həm də yol infrastrukturunun ümumi keyfiyyətinə ciddi zərbə vururdu.

Məsələ ondadır ki, təmirə və yenidənqurmaya ehtiyacı olan yolların maliyyələşdirilməməsi dövlət vəsaitinə qənaət məqsədi daşımır. Əksinə, bu, sifarişlərin “öz adamları”na yönləndirilməsi üçün süni şəkildə yaradılan maneələr kimi görünür. Nəticədə, vətəndaş keyfiyyətsiz yollarla üz-üzə qalır, büdcə vəsaiti isə real nəticə verməyən layihələrə xərclənirdi.

Saleh Məmmədovun vəzifədən uzaqlaşdırılması bir mərhələnin sonu olsa da, əsas məsələ bundan sonrakı prosesdir. Onun dövründə yol təsərrüfatında formalaşmış qapalı sistem, qeyri-şəffaf münasibətlər və maraqlar şəbəkəsi ləğv edilməzsə, ad dəyişikliyi real dəyişiklik anlamına gəlməyəcək. //Bizimesr.az 


7-02-2026, 11:30

Son xəbərlər

Gəncə şəhərinin Baş planı təsdiqləndi

Azərbaycanda kartof BAHALAŞDI

ÜST İsrailin fosfor mərmilərindən istifadəsini araşdırır

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...

Cərimənin məcburi tutulması qaydası dəyişdi

AAYDA – da ARAŞDIRMALAR APARILIR

İsrail yeni müharibəyə hazırlaşır

Bu ölkə distant iş rejiminə keçir - Səbəbi isə...

İsrail və ABŞ İran hava limanına zərbə endirdi

Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir

Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?

Müşfiq Abbasov azadlığa çıxdı

Seymur Orucovun “qazi sindromu”: İcra başçısı nə etmək istəyir?

Benzin 30%-dək bahalaşdı

Rusiya Ukraynanın Su-27 qırıcı təyyarəsini vurdu

Avropa İttifaqı Şurasının Prezidenti Bakıya gəlir

Göyçayda yol BİABIRÇILIĞI: Nə icra hakimiyyəti maraqlanır, nə də AAYDA – Foto

GDU-da əməkhaqqı oyunbazlığı... - BU NƏDİ BELƏ?

Ağdaş rayon İcra Hakimiyyətinin 800 min manatlıq tenderi cari təmir işlərinə xərclənib?

Neftin qiyməti yüksəlir, sosial xərclər artacaq?

Sabah hava yağıntılı olacaq

FHN-ə gül "satan" Cəvahir Məmmədova bu dəfə Mədəniyyət Nazirliynin tədbirini kecirir - TƏFƏRRÜAT

Tikinti materialları bazarında durğunluq yaşanır - VİDEO

TVM və "İnnova" şirkətlər qrupu batır?

Baş nazir bu tarixdə parlamentdə hesabat verəcək

Müharibənin keşiyində olan dünyada ən güclü orduya kim sahibdir?

Onlarla milyonluq tenderlərin qalibi olan 'TVM İnşaat' və 'İnnova İnşaat' şirkətləri haqqında ŞOK İDDİA - TƏFƏRRÜAT

“Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...

Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək

Dubayda raket təhlükəsi barədə xəbərdarlıq edildi

Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO

Prezident tapşırıq verdi - İrana yardım göndərildi

Bütün xəbərlər