Gündəm
Yeni sədr kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
MUMtv.az-ın Tribuna.az-a istinad məlumatına görə, Prezidentin digər Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli (AAYDA) İdarə Heyətinin sədri təyin edilib.1
Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.
2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.
2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
Evlidir, iki övladı var.
7-02-2026, 09:30
