Gündəm
Gündəm / Cəmiyyət / Hadisə
Liseyin binası Ruslan Eyyubovun imiş
Bu gün səhər saatlarında güllələnmə hadisəsinin baş verdiyi “İdrak” liseyinin yerləşdiyi binanın sahibi Ruslan Eyyubovdur.
MUMtv.az BAKU.WS-ə istinadla xəbər verir ki, o, ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunub.
Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.
Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.
6-02-2026, 15:30
