Gündəm

Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 4-cü rübü üçün maliyyə hesabatlarını açıqlayırlar.

MUMtv.az Yeniavaz.com-a istinadən xəbər verir ki, “Bank BTB” ASC-nin rəsmi veb-səhifəsində dərc olunan məlumatda, bankın 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə yekunlaşdırdığı yazılıb.



Lakin bankın maliyyə göstəricilərində açıq şəkildə göstərilir ki, ötən ilin 4-cü rübünün yekununda “Bank BTB” 404 min manat xalis zərər edib.
Bundan əvvəlki – ötən ilin 3-cü rübündə rəsmi veb-səhifədə dərc olunan məlumatda da qeyd olunmuşdu ki, bankın 9 ay üzrə xalis mənfəəti 2,3 milyon manata çatıb. Halbuki, ötən ilin 3-cü rübünün yekununda bankın xalis zərəri 641 min manat olub.


Dərc olunan məlumatlarda xalis mənfəət olaraq qeyd olunan məbləğlər əslində bankın xalis mənfəəti deyil, vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mövcud olan mənfəətdir. Heç bir halda bunlar xalis mənfəət kimi təqdim oluna bilməz. Dövlət Vergi Xidmətinin açıqladığı məlumatda göstərilir ki, xalis mənfəət – mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir.Açıqlanan məlumatlardan da göründüyü kimi, “Bank BTB” ASC davamlı olaraq ictimaiyyətə yanlış məlumatlar verir.

Xatırladaq ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Onu da qeyd edək ki, Mərkəzi Bank ötən ay Azərbaycanda barəsində ən çox şikayət edilən bankın “Bank BTB” ASC olduğunu açıqlayıb.



16-01-2026, 14:00

Son xəbərlər

ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir

Zərdabda “Qalib liderin yolunda: Gənc müəllimlər arasında ideya müsabiqəsi” keçirilib –FOTO

ABŞ Ermənistana qoşun yerləşdirib: “14 gün vaxt lazımdır”- İDDİA

GİN tədbirə 1 milyon manat xərcləyəcək

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

Agentlik Sabirabadda 69 minə ev tikir

Hesablama Palatasının tenderi ikinci dəfə ləğv edildi: Yenə benzin ala bilmədilər

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

Epşteyn bu ölkədə görüldü — Saqqallı formada – VİDEO

Livanda bina çökdü - Ölənlər var

Hərbçilərimiz qəzaya düşdü - Ölən və yaralananlar var

Tramp dərman saytı yaratdı

57 tender qazanan şirkət "qara siyahı"da - "Dasta Group" niyə "etibarsız" oldu?

Saleh Məmmədov necə yadda qaldı? - Tender qalmaqalları, qeyri-şəffaf maliyyə bölgüsü, qohumbazlıq...

“AYNA”-nın 12 min manata quraşdırdığı dayanacaq uçub?

Bakıda ağacları kəsdilər – Təbiətə 25 min manat ziyan vuruldu

Yeni sədr kimdir? – DOSYE

“İcbari Sığorta” 100 manatlıq şirkətə 232 min ödəyəcək

NK-dan İnzibati Xətalar Məcəlləsi ilə bağlı SƏRƏNCAM

Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirilib

Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…

Agentlik 6 milyon manata 24 ölkədən Azərbaycana jurnalist və bloger gətirəcək - TƏFƏRRÜAT

Saleh Məmmədovu bu şəxs əvəz edə bilər - AAYDA-da yeni təyinat gözlənilir

Səfər Mehdiyevin köməkçisi HƏBS OLUNDU - BUNA GÖRƏ...

 "Həm 200 minimi vermir, həm də məni həbslə qorxudur" - İcarədar iş adamını ittiham edir

“İdrak” liseyinin təsisçisinin oğlu bu özəl stomatoloji klinikanın rəhbəridir

“Qarabağ” “Nyukasl”la oyun üçün bu futbolçuları siyahıya saldı

Liseyin binası Ruslan Eyyubovun imiş

Mətbuat Şurası “İdrak” liseyindəki güllələnmə hadisəsi ilə bağlı jurnalistlərə çağırış edib

Bu klublar cərimələndi

Gənclər və İdman Nazirliyi tədbirlərin təşkilinə bir milyondan çox xərcləyəcək

Neftçala bələdiyyəsinin keçmiş sədri kimdən rüşvət alıb? – İTTİHAM AKTI

Bütün xəbərlər