Gündəm
Gündəm / Cəmiyyət
Ermənistanda maye qazın qiyməti bahalaşıb: “günahkar” Azərbaycan imiş
Son iki gündə Ermənistanda maye qazın qiyməti gözlənimədən 20-25 faiz bahalaşıb.MUMtv.az xəbər verir ki, bahalaşmanın konkret səbəbi kimi, Rusiyadan maye qazın daşınması zamanı yaranmış problem və rusların qiyməti qaldırması göstərilir.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, problemin həlli üçün addım atacaqlar. O, problemin ilin sonuna kimi tamamilə həll olunacağını qeyd edib.
Lakin Ermənistanda nəşr olunan qəzetlər başqa bir iddia irəli sürüblər. “Joghovurd” qəzeti iddia edib ki, Ermənistanda maye qazın qiymətinin bir gecədə 30-40 dram bahalaşması səbəbsiz deyil. “Hökumət Azərbaycandan aldığı benzini satdırmaq üçün qəsdən qiyməti qaldırıb”.//Tribuna.az
16-01-2026, 13:00
