Gündəm
Gündəm / Siyasət / Dünya
Ermənistan XİN-dən ilk: ritorikanı dəyişdilər
Məlum olduğu kimi, Ermənistan tərəfi 1990-cı ilin yanvarında Bakıda baş vermiş hadisələrlə əlaqədar mütəmadi olaraq Azərbaycanı ittiham edirdi. MUMtv.az xəbər verir ki, həmin açıqlamalarda İrəvan tərəfi guya, ermənilərin kütləvi şəkildə öldürüldüyünü iddia edir, bunun “soyqırım” olaraq tanınmasını “tələb” edirdi.
Lakin dünən həmin hadisələrin “ildönümü” ilə bağlı Ermənistan XİN-i əvvəlki illərdən fərqli olaraq ciddi paylaşım etməyib. Daha dorusu, hər il palaz-palaz bəyanat yayan nazirlik, bu il cəmi 3 cümlə ilə kifayətlənib. “Bu günlərdə Azərbaycan SSR-də Bakı ermənilərinə qarşı törədilən zorakılığın 36-cı ildönümünün qurbanlarını yad edirik. Sülh yolunu tutduğumuz üçün vurğulayırıq ki, bu cür hərəkətlərin qəti şəkildə rədd edilməsi, Cənubi Qafqazda əsl barışıq və davamlı sülhə sadiqlik bu cür faciələrin bir daha baş verməməsini təmin edə bilər”.
15-01-2026, 13:00
