Gündəm
Gündəm / Siyasət / Dünya
Tevanyan: “Azərbaycanın tələbi yerinə yetirildi”
“TRİİP barədə sazişlə Ermənistan Azərbaycanın əsas tələblərindən birini yerinə yetirdi. Bundan sonra Azərbaycan vətəndaşları dəhllizlə hərəkət edərəkən erməni məmurların üzünü görməyəcək”.MUMtv.az xəbər verir ki, bu fikirləri rusiyapərəstliklə tanınan “Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyan səsləndirib.
O bildirib ki, Azərbaycan üçün maneəsiz bir yol, Zəngəzur dəhlizi açılır. “Sadəcə bu “Tramp dəhlizi” kimi təqdim olunur”.
Tevanyanın iddiasına görə, Ermənistanın baş naziri Nikol Paşinyan təkcə Qarabağı deyil, Ermənistanı da Azərbaycana təhvil verməyə başlayıb.
15-01-2026, 12:30
