Gündəm

MUMtv.az: - Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun sifarişlə öldürülməsində təqsirli bilinən universitetin sabiq rektoru Müşfiq Atakişiyevin bacısı oğlu Dəyanət Quliyevin şikayətinə baxılıb.

Tribuna.az xəbər verir ki, Ali Məhkəmə kasasiya şikayətlərini təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmü qüvvədə saxlayıb. Beləliklə, hər üç təqsirləndirilmiş şəxsə təyin olunmuş 14 il 6 aylıq həbs cəzası dəyişməz qalıb.

İttihama görə, hadisə 16 sentyabr 2011-ci ildə baş verib. “Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədov səhər gəzintisi zamanı Şərifzadə küçəsində yerləşən idman meydançasında amansızlıqla qətlə yetirilib. İstintaq müəyyən edib ki, cinayət universitetin o dövrdə rektoru Müşfiq Atakişiyevin sifarişi ilə həyata keçirilib. Müşfiq Atakişiyev prorektoru özünə ciddi rəqib hesab edib, onun gələcəkdə rektor ola biləcəyindən ehtiyatlanıb. Bu şübhə və ambisiya qisas qərarına çevrilib. İttihama əsasən, Atakişiyev qohumu, polis əməkdaşı Dəyanət Quliyevə prorektoru aradan qaldırmağı tapşırıb.
Dəyanət Quliyev isə bu işi həyata keçirmək üçün uşaqlıq dostu olan Samir Quliyevi tapıb və ona 40 min ABŞ dolları təklif edib. Bundan əlavə, gələcəkdə maddi və mənəvi dəstək vədi də verilib. Samir Quliyev bir neçə gün zərərçəkmişi izləyib və səhər saat 4-5 arası gəzintiyə çıxan prorektoru tək yaxalayıb. O, əlindəki dəmir boru ilə Tariyel Əhmədovun baş və bədən nahiyələrinə çoxsaylı zərbələr endirərək onun ölümünə səbəb olub. Cinayət alətini kimsəsiz əraziyə ataraq hadisə yerini tərk edən Samir Quliyev qısa müddətdə polis tərəfindən tutulub.

Cinayət Məcəlləsinin 32.3 və 120.2.5-ci maddələri (sifarişlə adam öldürmədə təşkilatçılıq) üzrə Müşfiq Atakişiyev və Dəyanət Quliyev, 120.2.5-ci maddəsi (sifarişlə adam öldürmə) üzrə isə Samir Quliyev məsuliyyətə cəlb olunublar. Məlum olub ki, hadisə baş verən vaxt Dəyanət Quliyev daxili işlər orqanlarında, Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili kimi çalışıb. Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub.

Müşfiq Atakişiyev uzun illər ali təhsil sahəsində çalışıb. O, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin institut nəzdində doktorluq dissertasiya şurasının sədri olub. Qeyd edək ki, “Təfəkkür Universiteti” 2017-ci ildə ləğv edilib.

Ali Məhkəməyə müraciətində Dəyanət Quliyevin vəkili cəzanın ağır olduğunu bildirərək hökmün dəyişdirilməsini istəyirdi. Lakin Ali Məhkəmə onların arqumentlərini əsaslı saymayıb və əvvəlki instansiyaların qərarını qüvvədə saxlayıb. Beləliklə, uzun illər davam edən iş üzrə son hüquqi mərhələ də tamamlanıb.//Musavat.com


5-12-2025, 10:00

Son xəbərlər

Miqrasiya işçilərinin geyim normalarına dəyişiklik edildi

Müdir tapşırarsa, işçinin ezamiyyətə getməsi məcburi olacaq

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşdi

Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - Yeni təyinat

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi

“Neomotors” barəsində Dövlət Agentliyində iş qaldırıldı – SƏBƏB

"Bələdiyyələrin “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır"

İşğaldan azad olunan ərazilərdə bələdiyyələr yaradılacaq? – AÇIQLAMA

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Suriya prezidenti Almaniyaya gedir

Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi

Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb

Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi

“Bakı metrosu” informasiya təhlükəsizliyinə 308 min xərcləyəcək

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

Faiq Namazovun rəhbəri olduğu “Darvaz MMC” MTK aparılan tikinti zamanı sakinlər üçün təhlükəli vəziyyət -Video

"Qarabağ" qələbə qazandı

Şənbə günü sulu qar yağacaq

Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı – TƏFƏRRÜAT

Ermənistanda maye qazın qiyməti bahalaşıb: “günahkar” Azərbaycan imiş

“Atena”nın rəqabət qanunvericiliyini pozduğu aşkarlanıb

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir - Foto // Video

Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sürücülər “Azparking”in yeniliyindən narazıdır: “Bunu düzəldin, sonra boş status yazarsız”

Putinin adamından Paşinyana sərt XƏBƏRDARLIQ – Zəngəzur vaqiəsi

Bütün xəbərlər