Gündəm

MUMtv.az: - Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əleyhinə verdiyi müsahibə ilə ciddi boşluqlar buraxıb.

Onlardan bəzilərini incələyək:

1. “Heydər Əliyev Naxçıvanda işləyəndə, xalqımız onu respublikaya rəhbərliyə dəvət edəndə Ramiz Mehdiyev Ulu Öndərin əleyhinə danışmaqdan çəkinmirdi”.

Bu iddia sübut tələb edir. Çünki Ramiz Mehdiyev yalnız 1989-cu ildə Rusiya nəşrinə verdiyi müsahibədə Heydər Əliyev haqda mənfi danışmışdı. Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri olanda Ramiz Mehdiyev artıq buna cəsarət etməzdi və etmirdi də.

2. “Bütün bunlara (yəni Heydər Əliyevin əleyhinə olmasına) baxmayaraq, Heydər Əliyev ikinci dəfə respublikamıza rəhbərliyə başlayanda Ramiz Mehdiyevə yenə də etimad göstərərək onu Prezident Administrasiyasında Aparat rəhbəri kimi çox yüksək vəzifəyə təyin etdi”.

a) Heydər Əliyev nəhəng siyasətçi idi, əgər Ramiz Mehdiyevə “etimad” göstərmişdisə, bunun səbəbi vardı və E.İbrahimov o səbəbi fəhm etməkdə acizdir;

b) Prezident Administrasiyasının Aparat rəhbəri olmaz, Prezident Aparatı olar, “Prezident Aparatı” sonradan ”Prezident Administrasiyası”na çevrildi.
Ramiz Mehdiyev haqda danışanda heç olmasa vəzifəsinin adını doğru demək lazımdır.

3. “Ramiz Mehdiyev bir dəfə də olsun “Bir millət, iki dövlət” dediyimiz Türkiyəyə səfər etməyib, lakin daim Rusiyada müxtəlif görüşlərdə iştirak etməklə Ulu Öndərin və İlham Əliyev cənablarının etibarından sui-istifadə edərək öz çirkin əməllərini davam etdirirdi”.

a) Ramiz Mehdiyev Türkiyəyə rəsmi səfər edib, hətta 2010-cu ildə Atatürkün məqbərəsini də ziyarət edib, sonra da Türkiyə Milli Təhlükəsizlik Şurasında qurumun baş katibi Sərdar Kılıçla görüşüb.

Səfər bir neçə gün çəkmişdi, Azərbaycandan böyük nümayəndə heyəti getmişdi, heyətə də R.Mehdiyev başçılıq edirdi.

b) Ulu öndər Heydər Əliyev həm də ona görə böyük şəxsiyyət idi ki, bütün sahələrə nəzarət edirdi və istənilən yanlışı dərhal aradan qaldırırdı. Heydər Əliyevin ana dilinə sevgisi və onu qoruması, şifahi nitqində dilin qaydalarına mükəmməlcəsinə əməl etməsi ayrıca bir araşdırma mövzusudur.

Məhz Heydər Əliyev “cənabları” sözünə qarşı çıxdı və 90-cı illərdə dəbdə olan bu eybəcər, dilə yamaq olan yaltaqlıq ifadədəsini təmizlədi. Artıq Heydər Əliyevin o məşhir tənqidindən sonra “filankəs cənabları” ifadəsi dildən çıxıb.

Eldar İbrahimov gərək Ümummilli liderin tövsiyəsini unutmaya və bu yamaq ifadəni işlətməyəydi.

4. “Hələ 2003-cü ildə Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyini irəli sürəndə Ramiz Mehdiyev bununla razılaşmayaraq öz tabeliyində olan adamlara İlham Əliyevin bu vəzifə üçün çox gənc olduğunu bəhanə edərək onun əleyhinə səs verməyi tapşırırmış. Çünki Ramiz Mehdiyev yalnız özünü bu vəzifəyə layiq bilirdi. O, İlham Əliyev cənablarının Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətinin ilk 16 ilində də bu yüksək vəzifəni tutmaqda riyakar və çirkin əməllərini davam etdirirdi”.

a) Ramiz Mehdiyev öz tabeliyində olan adamlara İlham Əliyev əleyhinə səs verməyi tapşırıb? Harda? Partiyanın qurultayında? Axı İlham Əliyev yekdilliklə namizəd seçilmişdi!

Bəlkə, seçki günü? Ramiz Mehdiyevin ətrafı İlham Əliyevə qarşı səs verib?

Bu ittiham o qədər zəifdir ki, ciddi faktlar, şahidlər tələb edir.

5. “Ramiz Mehdiyev və ətrafına topladığı xainlər Qarabağın işğaldan azad olunması üçün hərbi əməliyyatların başlanmasına mane olurdular, bunun vaxtının çatmadığını bildirirdilər. Yalnız Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezident Administrasiyasının Aparat (yenə eyni səhv – !!!) rəhbəri vəzifəsindən azad edildikdən sonra ölkə Prezidenti qəti qərar qəbul etdi və 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə silahlı basqınına cavab olaraq əks hücum əməlliyatına başlamaq barədə qərar verdi”.

Ramiz Mehdiyev İlham Əliyevin qərarlarına və iradəsinə təsir edəcək səviyyədə bir şəxs deyildi və ola da bilməzdi. İlham Əliyev nəyi nə vaxt necə etmək lazım olduğunu bilən liderdir. Vaxtı özü hesablayır, özü müəyyən edir, özü nizamlayır və vaxtı çatanda da Ramiz Mehdiyevi, Əli Həsənovu yola saldı, Vətən müharibəsini də uğurla başlayıb-bitirdi.

Məsələn, Vətən müharibəsindən öncə 2016-da Aprel savaşı, 2018-də Cünnüt döyüşləri vardı. Yəni İlham Əliyevə kimsə mane ola bilməzdi və bilməz.

Eldar İbrahimov siyasi səhvə yol verir.

Əlbəttə, Ramiz Mehdiyevin xəyanəti, antiazərbaycan mövqeyi heç kim üçün sirr deyil.

Ancaq təəssüf ki, Eldar İbrahimov kimi qocaman siyasətçinin bu cür qeyri-real açıqlamaları Ramiz Mehdiyevin kimliyini üzə çıxarmaq əvəzinə başqa məsələlərə xidmət edir.

Eldar İbrahimov bunu qəsdən edir, yoxsa siyasi idrakı bu boydadır?//BakuPost



5-12-2025, 09:45

Son xəbərlər

Miqrasiya işçilərinin geyim normalarına dəyişiklik edildi

Müdir tapşırarsa, işçinin ezamiyyətə getməsi məcburi olacaq

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşdi

Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - Yeni təyinat

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi

“Neomotors” barəsində Dövlət Agentliyində iş qaldırıldı – SƏBƏB

"Bələdiyyələrin “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır"

İşğaldan azad olunan ərazilərdə bələdiyyələr yaradılacaq? – AÇIQLAMA

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Suriya prezidenti Almaniyaya gedir

Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi

Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb

Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi

“Bakı metrosu” informasiya təhlükəsizliyinə 308 min xərcləyəcək

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

Faiq Namazovun rəhbəri olduğu “Darvaz MMC” MTK aparılan tikinti zamanı sakinlər üçün təhlükəli vəziyyət -Video

"Qarabağ" qələbə qazandı

Şənbə günü sulu qar yağacaq

Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı – TƏFƏRRÜAT

Ermənistanda maye qazın qiyməti bahalaşıb: “günahkar” Azərbaycan imiş

“Atena”nın rəqabət qanunvericiliyini pozduğu aşkarlanıb

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir - Foto // Video

Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sürücülər “Azparking”in yeniliyindən narazıdır: “Bunu düzəldin, sonra boş status yazarsız”

Putinin adamından Paşinyana sərt XƏBƏRDARLIQ – Zəngəzur vaqiəsi

Bütün xəbərlər