Gündəm

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial Xidmətlər Agentliyinin sosial qurumlarından birinin direktor əvəzini döyən şəxs həbs edilib.

MUMtv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə 25 noyabr 2025-ci il tarixində baş verib.

Belə ki, 1977-ci ildə Bakı şəhərində anadan olmuş Yusif Məmmədov (ad şərtidir) qurumun direktor əvəzi, psixoloq vəzifəsində çalışan A.Ə.-nin xidməti otağına daxil olaraq ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək döyüb.

Vəzifəli xanıma yetirilmiş xəsarətlər Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunub. Məlum olub ki, 1989-cu il təvəllüdlü zərərçəkmiş şəxsin bədən səthində aşkarlanan xəsarətlər – sol saidin orta 1/3-nin ön səthindəki sıyrıqlar – küt əşyanın təsirindən yaranıb. Onların dava-dalaş zamanı əl barmağı dırnaqlarının təsirindən əmələ gələ bilməsi də istisna olunmur. Xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyib.

Məhkəmədə ifadə verən A.Ə. bildirib ki, ona xəsarət yetirən şəxs müəssisədə fəhlə kimi çalışır və hər gün mütəmadi olaraq onun xidməti otağına gələrək əsassız mübahisələr yaradır, ünvanına böhtan xarakterli ifadələr səsləndirir. Qadın ondan şikayətçi olduğunu və barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş edib.

Təqsirləndirilən şəxs isə izahatında tərtib olunmuş inzibati xəta protokolları üzrə özünü təqsirli saymadığını bildirib. O, zərərçəkmiş şəxslə əvvəllər sevgi münasibətlərinin olduğunu, lakin sonradan həmin münasibətlərin pozulduğunu deyib.
Məhkəmənin hökmü ilə Yusif Məmmədov İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə uyğun olaraq 20 gün müddətinə inzibati qaydada həbs edilib.


4-12-2025, 16:00

Son xəbərlər

Miqrasiya işçilərinin geyim normalarına dəyişiklik edildi

Müdir tapşırarsa, işçinin ezamiyyətə getməsi məcburi olacaq

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşdi

Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - Yeni təyinat

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi

“Neomotors” barəsində Dövlət Agentliyində iş qaldırıldı – SƏBƏB

"Bələdiyyələrin “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır"

İşğaldan azad olunan ərazilərdə bələdiyyələr yaradılacaq? – AÇIQLAMA

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Suriya prezidenti Almaniyaya gedir

Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi

Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb

Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi

“Bakı metrosu” informasiya təhlükəsizliyinə 308 min xərcləyəcək

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

Faiq Namazovun rəhbəri olduğu “Darvaz MMC” MTK aparılan tikinti zamanı sakinlər üçün təhlükəli vəziyyət -Video

"Qarabağ" qələbə qazandı

Şənbə günü sulu qar yağacaq

Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı – TƏFƏRRÜAT

Ermənistanda maye qazın qiyməti bahalaşıb: “günahkar” Azərbaycan imiş

“Atena”nın rəqabət qanunvericiliyini pozduğu aşkarlanıb

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir - Foto // Video

Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sürücülər “Azparking”in yeniliyindən narazıdır: “Bunu düzəldin, sonra boş status yazarsız”

Putinin adamından Paşinyana sərt XƏBƏRDARLIQ – Zəngəzur vaqiəsi

Bütün xəbərlər