Gündəm

MUMtv.az: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) tabeliyindəki “Azərterminalkompleks” Birliyində (ATK) illərdir davam edən qəribə bir vəziyyət hökm sürür: 10 ilə qədər xidmət stajı olan, ali təhsilli inspektorlar hələ də, ilk xüsusi rütbəni ala bilmirlər. Ən acınacaqlısı odur ki, eyni vəzifəyə yeni qəbul edilmiş, bəzən cəmi bir neçə aylıq stajı olan əməkdaşlara rütbə verilir, uzun illər təcrübəli işçilər kənarda qalır. Məntiqlə fikirləşəndə isə əksinə olmalı idi. Görünür DGK tərs məntiqə üstünlük verir. Bu araşdırma, DGK-nın “seçmə üsulu"nun arxasındakı hüquqi ziddiyyətləri ortaya çıxarır.
Faktlar: “Azərterminalkompleks”in inspektor heyəti arasında rütbə verilməsi prosesi qeyri-şəffaf bir mexanizmə əsaslanır. Belə ki, heyət arasında xeyli sayda 10 ilə qədər inspektor vəzifəsində çalışan Rütbəsiz (İlk rütbə verilməyib) əməkdaşlar fəaliyyət göstərir. DGK rəhbərliyi tabeliyindəki qurumun əməkdaşlarına seçmə şəkildə və bu seçimin hansı meyarlara əsaslandığı bilinmədən rütbə verir. Aydındır ki, bu DGK-nın inzibati qərarının subyektiv meyarlara əsaslandığını göstərir. Bəs əslində məsələnin hüquqi tərəfi nəyi tələb edir? - DGK-nın bu yanaşması Azərbaycan qanunvericiliyinin iki təməl prinsipinə ziddir:
A. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin pozulması. Əsasnamənin 17-ci maddəsi rütbəli vəzifəyə təyin edilən şəxslərə sınaq müddəti (6 aya qədər)bitdikdən sonra ilk xüsusi rütbənin verilməsini məcburi edir. Və qanunvericiliyə görə rütbəsiz inspektor vəzifəsi ola bilməz. 5,6 bəzən 10 il stajı olan əməkdaşların rütbəsiz saxlanılması, Komitənin özünün qanunun məcburi tələbini illər boyu pozması deməkdir. Hüquqi Ziddiyyət: Əgər inspektor vəzifəsi rütbəli vəzifədirsə, uzun illər stajı olan şəxsin rütbəsiz qalması, DGK-nın inzibati səhlənkarlığının nəticəsidir.
B. Əmək Məcəlləsinin ayrı-seçkilik qadağası: Ən ciddi hüquqi arqument Əmək Məcəlləsinin 16-cı maddəsidir . Bu maddə əmək münasibətlərində yaş və xidmət stajı daxil olmaqla, hər hansı bir ayrı-seçkiliyi qadağan edir. Əmək Məcəlləsi, Maddə 16:"Əmək münasibətlərində işçilər arasında... yaş, xidmət stajı... və digər meyarlara görə hər hansı bir ayrı-seçkiliyə yol verilməsi qadağandır." Ali təhsilli, eyni vəzifədə çalışan, lakin fərqli yaş və staja malik əməkdaşlara fərqli münasibət rəhbərliyin ayrı-seçkiliyə yol verməsidir. Və həmin əməkdaşların hüquqlarının birbaşa pozulmasıdır. DGK-nın ehtimal olunan arqumenti "Son Yaş Həddi" məsələsi ola bilər. Yəni, DGK rəhbərliyi mövcud vəziyyəti əsaslandırmaq üçün xidmət haqqında əsasnamənin 27-ci maddəsinə - kiçik və orta rəis heyəti üçün son xidmət yaşını - arqument gətirə bilər. Lakin, bu arqument hüquqi cəhətdən əsassızdır. Çünki, əməkdaşların rütbəsiz qalması DGK-nın özünün 17-ci maddənin tələblərini illər boyu pozması nəticəsində yaranıb. DGK öz səhvini əməkdaşların əleyhinə istifadə edə bilməz. Digər tərəfdən Əsasnamədə rütbə verilməsi üçün yaş həddi yoxdur. Əksinə, Əsasnamənin 28-ci maddəsi Komitə sədrinə əməkdaşların xidmət müddətini 5 ilə qədər uzatmaq səlahiyyəti verir. Rütbə verilməsi Komitənin səlahiyyətindədir. Bu səlahiyyət Komitə rəhbərliyinə Əmək Məcəlləsinin bərabərlik prinsipini pozmaq hüququ vermir. DGK-nın "Azərterminalkompleks" Birliyində tətbiq etdiyi rütbə verilməsi praktikası qanunvericiliklə qadağan olunmuş ayrı-seçkilikdir. Bu, illərini xidmətə həsr etmiş əməkdaşların hüquqlarının kobud şəkildə pozulmasıdır. Atılacaq addımlar bəllidir - bütün rütbəsiz inspektorlara xidmət illəri nəzərə alınaraq dərhal ilk xüsusi rütbə verilməlidir. Bu, onların itirilmiş 5-10 illik stajını bərpa edir və növbəti rütbəyə keçid hüququnu təmin edir. Dövlət Gömrük Komitəsinin rəhbərliyi bu qanunsuzluğu aradan qaldlraraq əməkdaşların hüquqlarını bərpa etməlidir.
Məsələ dəfələrlə qaldırılsa da, problemə Komitənin səlahiyyətli şəxslərindən heç bir açıqlama verilməyib.//seherqazeti.az


4-12-2025, 12:30

Son xəbərlər

Miqrasiya işçilərinin geyim normalarına dəyişiklik edildi

Müdir tapşırarsa, işçinin ezamiyyətə getməsi məcburi olacaq

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşdi

Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - Yeni təyinat

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi

“Neomotors” barəsində Dövlət Agentliyində iş qaldırıldı – SƏBƏB

"Bələdiyyələrin “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır"

İşğaldan azad olunan ərazilərdə bələdiyyələr yaradılacaq? – AÇIQLAMA

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Suriya prezidenti Almaniyaya gedir

Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi

Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb

Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi

“Bakı metrosu” informasiya təhlükəsizliyinə 308 min xərcləyəcək

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

Faiq Namazovun rəhbəri olduğu “Darvaz MMC” MTK aparılan tikinti zamanı sakinlər üçün təhlükəli vəziyyət -Video

"Qarabağ" qələbə qazandı

Şənbə günü sulu qar yağacaq

Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı – TƏFƏRRÜAT

Ermənistanda maye qazın qiyməti bahalaşıb: “günahkar” Azərbaycan imiş

“Atena”nın rəqabət qanunvericiliyini pozduğu aşkarlanıb

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir - Foto // Video

Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sürücülər “Azparking”in yeniliyindən narazıdır: “Bunu düzəldin, sonra boş status yazarsız”

Putinin adamından Paşinyana sərt XƏBƏRDARLIQ – Zəngəzur vaqiəsi

Bütün xəbərlər