Gündəm

AAYDA-dəki “ərköyün” kadrları daha da geniş auditoriyaya tanıtmağa çalışacağıq...

MUMtv.az: - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) xüsusi ilə son aylar daha çox tənqid olunan dövlət strukturlarından biri və bəlkə də birincisidir. Formaca müxtəlif olsa da, mahiyyətcə eyni olan faktlarla bu qurum haqqında yazı və çıxışlar az qala həndəsi silsilə şəkilini alır. Təbii ki, başda İdarə Heyətinin sədri Saleh Məmmədov olmaqla, müxtəlif vəzifə sahiblərinin, idarə rəhbərlərinin adı dəbdəbəli həyat tərzindən tutmuş korrupsiya qoxulu əməllərdə hallanmaqdadır... Diqqətli oxucularımıza da məlumdur ki, biz də, həm “Yenixeber.org”-da, həm də yenicə fəaliyyətə başlamış “Xəbərmən TV”də bu mövzuda yazmışıq, danışmışıq və davamı da olacaq kimi də görünür. O səbəbdən ki, bu qurumdakı məsul şəxslər əməli- SALEH kimi görünmək istəmirlər...

Biz məlum aktuallığını nəzərə alıb, müəyyən ardıcıllıqla hörmətli Saleh Məmmədovun “ərköyün” kadrlarını daha da geniş auditoriyaya tanıtmağa çalışacağıq.

500 manatlıq menyu, 650 min Lexus LX 600…

Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev: Bu adamın adı illərdir ki, müxtəlif qalmaqallarla, yeyinti faktları ilə hallanır. Google üzərindən bir axtarış yetər ki, “N” sayda yazıların və hər yazıda da “N” sayda faktların şahidi olaq.

Saleh Məmmədovun “ərköyün” kadrları...-Dəbdəbəli toylar, lüks avtomobillər, vəzifəsini oğluna verən müdirlər və s.

Müseyib Həmzəyev

Xatırladaq ki, Müseyib Həmzəyev 2006-2015-ci illərdə Dövlət Dəmir Yolları İdrəsinin mühasibi olub. Həmən dövrlə də, bağlı adı müxtəlif talançılıqda hallanıb. Hətta, Cavid Qurbanovun ADY-na rəhbər təyin edildikdən sonra mediaya verdiyi açıqlmasında “Azərbaycn Dəmir Yolları” QSC-də vəziyyətin son dərəcə acınacqlı olmasından, ciddi maliyyə pozuntularından danışmışdı.

Nəhayət, AAYDA-də babat vəzifəyə transfer etməyi bacarmış və burada da iş prinsiplərinə sadiq qalmaqdadır...Cənab Həmzəyev ötən ay oğluna dəbdəbəli toy etməsi ilə gündəmə gəldi. Yayılan məlumatlara görə oğlu Sənana “Böyük Saray”da etdiyi təmtəraqlı toyun dəvətnaməsinin bir ədədi 50 manata hazırlanıb, bir toy masasının qiyməti isə 500 manat olub. Həmzəyevlərin toyuna 600 nəfər dəvət olunubmuş. Toya dəvət olunan müğənnilərə, təxminən 200 min manatdan çox vəsait ödənilib. Ötəri hesablamalar toyun ümumi xərcinin yarım milyondan artıq olduğunu göstərir. Məmur oğlunun xeyir işində Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və ölkənin digər məşhur müğənniləri iştirak ediblər.

İki gün əvvəl isə Müseyib Həmzəyevin adı daha bir dəbdəbə ilə diqqət çəkdi: söhbət 650 min manatlıq (380 min dollara) son model Lexus LX 600 avtomobildən gedir. Məlumata görə Müseyib müəllimin Lexus LX 600 avtomobili xüsusi hazırlanmış modellərdəndir ki, Azərbaycanda bu avtomobildən cəmi 5 ədəd var...Təsəvvür edirsiniz, bir dövlət qurumunun baş mühasibi bir avtomobilə fantastik məbləğdə para xərcləyir.

Haradandır bu pullar? Sənin nə maaşın var, bəlkə aylıq 1 milyon?

Sözün bitdiyi yer...

Hələ bu harasıdır, Binəqədi-Novxanı yolunun yaxınlığıda, dəniz sahilində “Rest Time Restorant”ına da sahib olduğu bildirilir. Restoran Novxanının ən lüks istirahət mərkəzlərindən biri olaraq tanınır.

Müseyib Həmzəyevin qohumcanlı olduğu iş aləmində də özünü göstərir. Sən demə AAYDA-nin “Bakı 1 №-li Yol İstismari” MMC-nin rəhbəri Zaur Həmzəyev onun doğmaca qardaşı oğludur. Qeyd edək ki, bu MMC AAYDA-nin ən “hörmətli” strukturu sayılır... Baxmayaraq ki, 562,018.50 AZN vergi borcu var(?)

Bu idarənin doğurduğu kütləvi narazılıqla bağlı ötənlərdə “Yenixeber.org”-da yazmışıq...

Ən maraqlısı, həm də anlaşılan olmayanı bütün bu faktlara qarşı tərəfin susqunluq nümayişidir. Kifayət qədər ciddi və bir vəzifə sahibi üçün məsuliyyət tələb edən bu detallara aydınlıq gətirməməyin adı isə başqadır...

Xüsusi təyinatlı idarənin rəisi özünü şah elan edib?!

Saleh Məmmədovun “ərköyün” kadrlarından biri də, Məhəmməd Musayevdir. AAYDA-nin “7№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nə rəhbərlik edən bu şəxsin də, adı az qalmaqallarda hallanmır. Xatırladaq ki, bu idarə adından da göründüyü kimi, ənənəvi yol idarələrindən fərqlənir...Xüsusi ilə də, paytaxtdakı yerüstü və yeraltı piyada keçidləri cənab Məhəmməd Musayevin küllü-ixtiyarındadır. Başqa sözlə bu MMC piayada keçidlərinə xidmət üzrə ixtisaslaşıb. Geniş imkanlar və səlahiyyətə sahibdir...

Saleh Məmmədovun “ərköyün” kadrları...-Dəbdəbəli toylar, lüks avtomobillər, vəzifəsini oğluna verən müdirlər və s.

Mediada yer alan məlumatlara görə, Məhəmməd müəllim rəhbərlik etdiyi idarənin imkan və səlahiyyətlərindən “könül xoşluğu” ilə yararlanmaqdadır. Onun özünəməxsus idarəçiliyi haqqında bir müddət əvvəl “Yenixeber.org”da geniş yazı yer alıb...

Yazıda hansısa tuneldə, xüsusi təhlükəsizlik tələblərinin qaydalarına uyğun iclas keçirməsi, yüksək iddialrla çıxış etməsi, tabeli əməkdaşlara qarşı özəl münasibəti və s. haqqında bəhs edilir.

Onu da qeyd edək ki, cənab Musayevlə bağlı bu yazıdan sonra da, redaksiyamıza məlumatlar ötürüldü. Təəssüf ki, ciddi sayılacaq detalları dəqiqləşdirmək hələ də, mümkün olur...

AAYDA-də varislik nümunəsi...

Saleh Məmmədovun “ərköyün” kadrları sırasında vəzifəsini dədə-babasının yadigarı hesab edənlər də var. Belə olmasaydı dövlətin rəsmi vəzifəsinin atadan oğula ötürülməsinin şahidi olmazdıq...

Bu ilin may ayında cənab Məmmədov Şabran rayonundakı “3 nömrəli Yol İstismarı” İdarəsinin rəisi Rafiq Kərimovu yaş məsələsi ilə bağlı vəzifəsindən azad etdi. Amma, könlünü xoş etməyi də unutmadı: Elə həmin vəzifəyə Rafiq Kərimovun oğulu Elməddin Kərimovu təyin etdi(?)

Buna nə ad vermək olar? Necə anlamaq olar? Bəlkə “3 nömrəli Yol İstismarı” İdarəsi dövlətin deyil, kim(lər)insə özəl şirkətidir, biz bilmirik, Saleh Məmmədov bilir(?)
Bu da növbəti nümunə sözün bitdiyi yer üçün...

”Yenixeber.org”a ötürülən məlumata görə, Saleh Məmmədovun bu seçimi nə ata Kərimova, nə də oğul Kərimova xüsusi münasibətin göstəricisi deyil. Ata Kərimovun bacısı oğlunun dövlətin ən yüksək instansiyasında sanballı vəzifə sahibi olduğu bildirilir...
Hələlik, bu qədər. Saleh Məmmədovun “ərköyün” kadrları ilə bağlı yazılarımız davamlı olacaq.



3-12-2025, 18:00

Son xəbərlər

Miqrasiya işçilərinin geyim normalarına dəyişiklik edildi

Müdir tapşırarsa, işçinin ezamiyyətə getməsi məcburi olacaq

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşdi

Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - Yeni təyinat

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi

“Neomotors” barəsində Dövlət Agentliyində iş qaldırıldı – SƏBƏB

"Bələdiyyələrin “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır"

İşğaldan azad olunan ərazilərdə bələdiyyələr yaradılacaq? – AÇIQLAMA

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Suriya prezidenti Almaniyaya gedir

Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi

Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb

Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi

“Bakı metrosu” informasiya təhlükəsizliyinə 308 min xərcləyəcək

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

Faiq Namazovun rəhbəri olduğu “Darvaz MMC” MTK aparılan tikinti zamanı sakinlər üçün təhlükəli vəziyyət -Video

"Qarabağ" qələbə qazandı

Şənbə günü sulu qar yağacaq

Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı – TƏFƏRRÜAT

Ermənistanda maye qazın qiyməti bahalaşıb: “günahkar” Azərbaycan imiş

“Atena”nın rəqabət qanunvericiliyini pozduğu aşkarlanıb

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir - Foto // Video

Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sürücülər “Azparking”in yeniliyindən narazıdır: “Bunu düzəldin, sonra boş status yazarsız”

Putinin adamından Paşinyana sərt XƏBƏRDARLIQ – Zəngəzur vaqiəsi

Bütün xəbərlər