Gündəm
Gündəm / Cəmiyyət
Bakı metrosuna 4 yeni qatar gətirildi - Foto
Bakıya daha dörd yeni metro qatarı gətirilib.
Mumtv.az bildirir ki, "Bakı Metropoliteni” QSC-dən "Qafqazinfo”ya daxil olan məlumata görə, müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766.B model olan qatarlar 20 vaqondan ibarətdir.
Qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır və "Metrovaqonmaş” müəssisəsinin Mıtışşi vaqonqayırma zavodunda istehsal olunub.
Qeyd edək ki, bu gün paytaxtın yeraltı polad magistrallarında 55 yeni qatar işləyir.