Gündəm
Gündəm / Dünya
NATO ölkələri Rusiya təyyarələrini vurmalıdır – TRAMP
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin hava məkanına daxil olan Rusiya təyyarələri ilə bağlı açıqlama verib.
MUMtv.az xəbər verir ki, jurnalistin sualına cavab olaraq Tramp bildirib:
“Bəli, mən elə düşünürəm. NATO ölkələri öz hava məkanına girən Rusiya təyyarələrini vurmalıdır”.
Ondan ABŞ-ın belə situasiyada dəstək verib-verməyəcəyi də soruşulub. Tramp isə bunun konkret vəziyyətdən asılı olacağını deyib:
“Bu, şəraitdən asılıdır”, – prezident vurğulayıb.
24-09-2025, 09:30
