Gündəm


Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi  doqquzuncu  hissə

Nizami Təhməzov

XALİDƏ HİCRAN
(Roman)
İyirmi doqquzuncu hissə

Hissə - 12345678910111213141516171819202122232425262728

(II FƏSİL)
Onlar poliklinikaya çatanda baş həkim kabinetdən çıxırdı. Sədaqət dedi:
-Salam, doktor.
O, diqqətlə Xalidəyə, sonra isə Sədaqətə baxdı:
-Salam. – dedi. - Bu qız kimdir?
-Rəssam, Çox istedadlıdır. Əzimzadıni qurtarıb, indi də İncəsənətdə oxuyur. Siz demişdiniz ki, şüşə üzərində yazan rəssam lazımdır.
-Bəli, - deyə baş həkim qapını açıb onları içəri dəvət etdi. – Buyurun.
O, keçib yerində əyləşdi. Qızlara yer göstərdi. Sonra Xalidəyə otəri nəzər salıb dedi:
-Yaqin ki, şüşə üzərində yazmağı bacarırsınız?
-Bəli.
Sədaqət əlavə etdi:
-Özü də yüksək səviyyədə.
-Lap yaxşı, - deyə baş həkim arxaya söykəndi. - Bir məsələ var ki, bizdə ancaq süpürgəçi ştatı var. Əgər istəsəniz, Sizi o ştata götürərik, amma rəssam kimi işləyərsiniz.
-Bu, necə ola bilər ki? – deyə Sədaqət təəccüblə soruşdu,
-Çox sadə. İdarədə belə şeylər olur. – Sonra üzünü Xalidəyə tutdu, - Əgər istəsəniz sabahdan işə çıxa bilərsiniz.
-Razıyam, - deyə Xalidə dilləndi. – Ancaq iş vaxtını bilmək istəyirəm.
Sədaqət təəccüb və heyrətlə Xalidəyə baxdı.Onun bu hərəkəti baş həkimin diqqətindən yayınmadı. O. dedi:
-Mən ilk baxışdan Xalidənin ağıllı qız olduğunu həss etdim.Məntiqlə götürəndə, onu forma yox, məzmun maraqlandırır.Ağıllı adamlar həmişə məqsəd üçün səbəb axtarırlar. Bu gün belə bir ağıllı xanımla tanışlığımızdan çox şadam.
Xalidə dedi:
-Diqqətiniz üçün çox dərin təşəkkür edirəm. Fikirlərinizə onu da əlavə edərdim ki, insanın bütün həyatı böyük məqsədlərə yönəldilməlidir. Amma hərdən bəzi xırda məsrəfləri ödəmək üçün tez bəhrə verən işlərdən də faydalanmaq olar. Bu, həyatın tələbidir. Amma bir şərtlə ki, ali məqsədlər uğrunda getdiyin yolu davam etdirəsən.
Baş həkim:
-Sizi başa düşdüm, - dedi. – Bunun üçün insanda möhkəm iradə lazımdır.
-Əlbəttə. Aqillər deyirlər ki, bu günün hər əməli sabah üçün alın yazısıdır. İradə zəif olanda ağıl başqasının qulluqçusuna çevrilir. Sonra dönüb geriyə baxanda böyük bir boşluq görür və acı təəssüf hissləri yaşayırsan. Bax, onda həyat insan üçün əsil faciəyə çevrilir.
Xalidənin sözlərindən baş həkimin xoşu gəldi. O. məmnunluqla gülümsünüb ayağa durdu :
-Tələssəm də Sizinlə söhbət etmək çox xoşdur. Onu da deyim ki, Allaha dua edib nəyisə istəməkdənsə, Sizin kimi münasib bir işə düzəlib Allaha şüükür eütmək dha yaxşıdır.
Sədaqət dedi:
-Baş həkim, tələsir.Mən də bir fikrimi deyim gedək. – Sonra zarafatla əlavə etdi. – Birdən düşünərsiniz ki, o, heç nə deməyib susdu.
-Biz ki, Sizi yaxşı tanıyırıq, - deyə baş həkim gülümsündü. - Sizin savadınıza, ağlınıza heç bir şübhə ola bilməz. Amma, əlbəttə, buyurun.
Sədaqət dedi:
-Onu deyim ki, hər şeydən əvvəl iş bizi üç bəladan – avaraçılıqdan, qəbahətdən və ən əsası isə ehtiyacdan xilas edir. – Sonra o gülə-gülə əlavə etdi. – Bunlar mənim sözüm düyil ha... Volterin deyimləridir.
Hər üçü güldü. Baş həkim dedi:
-Deməli razılaşdıq?
-Bəli, - deyə Xalidə cavab verdi.
Baş həkim telefonla kiməsə zəng edib çağırdı. Az vaxtdan sonra ağ xalatlı, yaraşıqlı bir qadın içəri girdi. Baş həkim dedi:
-Səadət xanımı tanıyirsınız, bu xanım isə bizdə rəssam işləyəcək.
-Çox gözəl, - deyə ağ xalatlı qadının gözlərində təbəssüm oynadı. Yaxınlaşıb əl verdi. – Xoş gəlmisiniz. Sizinlə işləmək çox xoş olar.
-Təşəkkür edirəm, - deyə Xalidə cavab verdi.- Belə səmimi, mehriban bir kollektivdə işləmək mənə çox xoşdur.
Baş həkim dedi:
-Həftədə iki dəfə, saat 3-ə qədər Sizə münasib olan bir vaxtda gələrsiniz. Əgər təcili lazım olsanız bizim müavin Sizə zəng edər.
-Bəli, Sizə necə əl verirsə..-deyə, Baş həkimin müavini və şöbə müdiri dilləndi. – Bizim baş həkim çox xeyirxah bir insandır.Sizə hər cür şərait yaradarıq.
Xalidə böyük razılıqla dedi:
-Sizə qəlbən təşəkkur edirəm. Eyni zamanda dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Sizin kimi insanlarla məni tanış edən bu rəfiqəm də sağ olsun.
Baş həkim gülümsündü:
-Əsas odur. – dedi. - Bütün sağollar ona düşür.
Xalidə uşaqlıqdan əməyə, zəhmətə öyrənmişdi. O, yaxşı bilirdi ki, insan əmək növünü qabiliyyətinə görə seçə bilsə və bütün varlığını ona həsr etməyi bacarsa, o zaman xöşbəxtlik özü onu axtarıb tapacaq. Bədən ürək, ağıl əmək tələb etdiyi kimi bu o qədər qəti bir tələbdir ki, əgər müxtəlif səbəblər üzündən kimin həyatda şəxsi əməyi – işi yoxdursa, o, həqiqi yolunu itirər və qarşısında ölüm təhlükəsi ilə dolu iki yol açılar: həyatdan daim narazılıq, sonsuz kədər və könüllü surətdə özünü tədricən məhv etmək. Kim hələ uşaqlıqdan öyrənib və ya bilsə ki, əmək həyatın qanunudur, kim hələ gənclikdən başa düşmüşdür ki, çörək yalnız alin təri ilə qazanılır, onlar nəinki böyük işlər görməyə hazırdır, hətta ən ağır məqamlarda belə özlərində güc toplamağa, böyük iradə və güc nümuyiş etdirməyə qadirdir.
Xalidə yaşadığı illər ərzində bir şeyi tam aydınlığı ilə dərk etmişdir ki, ən böyük həqiqət əməkdir. İnsan həyatının mənası və fəlsəfəsi yalnız əməklə, zəhmətlə bağlıdır.Buna gərə də Xalidə oxuduğu müddətdə bir saat da olsun vaxtını səmərəsiz keçirmirdi. Təzə işə qəbul olunandan sonra onun məsuliyyəti daha da artmış, sanki üzərində böyük bir yük olduğunu hiss edirdi. Oboy sexindən aldığı haqq-hesab pulundan evlərinə bir qədər köməklik göstərsə də, bunu yetərli saymırdı.
O,İnstituta gələndə dedilər ki, səni dekan müavii çağırır, nəsə xeyir xəbər var. Ancaq nə iş olduğunu heç kim bilmədi Tələsik dekanlığa gəldi. Katibə onu görən kimi dedi:
-Yaxşı ki, gəldiniz. Nə qədər vaxtdır sizi axtarıram.
- Xeyir ola? – deyə Xalidə maraqla soruşdu. –Uşaqlar dediıər, narahat oldum.
Katibə hündürdən güldü və onun qollarından tutdu:
-Əziz Xalidə xanım, məgər siz narahatllq yarada biləcək bir iş görə bilərsiiz ki? Əlbəttə, xeyirdir. Rəssamlar İttifaqının Fondundan zəng etmişdilər. Deyirlər nəsə alacağınız var. Təcili ora getməlisiniz.
O, çiyinlərini çəkdi:
-Mənim? Bəlkə səhv salıblr?
-Xalidə Nağıyevanı səhv salmaq olar? Sizin qobeleniniz beynəlxalq sərgidə böyük uğur qazanıb. Məgər bilmirsiniz?
-Xeyir, - deyə Xalidə katibənin dediklərinə inanmaq istəmədi. – Amma sərgidə iştirak edirdim.
Katibə sevincək halda:
-Onda mənə müştuluq düşür, - dedi. –Sizə ilk xəbər verən mən olmuşam.
-Düşür,düşür, - Xalidə sevincindən qucaqlayıb katibəni öpdü. – Həmişə qulluğunuzda hazıram.Təki xeyir işlər olsun.
Elə bu vaxt dekan müavini içəri girdi.Xalidəni görcək əl uzatdı:
-Təbrik edirəm, qızım, - dedi. – Beynəlxalq Sərgidə qalib gəlmək böyük uğurdur. Bu, həm də fakültəmizin, İnstitutumuzun adına şərəfdir.
Xalidə böyük sevinc və məmnunluqla dedi:
-Çox təşəkkur edirəm. Bu, müəllimlərimizin gərgin zəhmətinin bəhrəsidir. Hmınıza minnətdaram. O cümlədən İnstitutumuzun rektoru Aslan müəllimə də.
Dekan müavini yer göstərdi:
-Əyləşin. – dedi. – Bizim rektor da, fakültəmizdə dərs deyən adlı-sanlı rəssamlarımız da sizin haqqınızda yüksək fikirdədir. Mən də Sizə təşəkkür edirəm ki,fakültəmizin ünvanına xoş sözlər gətirir, adını yüksəldirdiniz.
Xalidə dedi:
-Mən çox şadam ki, qismətimə belə gözəl və dəyərli insanlarla bir yerdə olmaq düşüb.Həyatım boyu bunu ömrümün ən gözəl və mənalı səhifəsi hesab edəcəyəm. Şöhrətli, şərəfli və ləyqətli insanlardan dərs almaq , onlardan nəyisə öyrənmək mənim üçün böyük xöşbəxtlikdir. Sevinirəm ki, bu, mənim həyatımdır. Mənə görə zəhmət çəkdiyiniz üçün bir daha təşəkkür edirəm.
Xalidə bu sözləri deyib ayağa qalxdı. Dekan müavini də yerindən durdu. Əlini irəli uzadıb dedi:
-Bir daha ürəkdən təbrik edir, daha məhtəşəm uğurlar arzulayıram. – Sonra nəyisə xatırlayırmış kimi əlavə etdi. - Vaxtınız olsa, bu gün mütləq Fonda dəyin. Sərgidə Qobelenin satışından Sizə tələbə üçün fantastlk sayılacaq qədər qonorar gəlib. Xeyirliyə işlədəsiniz.
Xalidə dekan müavininə minnətdarlığını bildirib institutdan çıxdı. Lakin həmin günü Fonda gedə bilmədi. Səhəri günü dərsdən sonra getməyi qərara aldı. Amma içində elə bil nəyinsə narahatlığını çəkirdi. Və nədənsə ona elə gəlirdi ki, birdən evlərində maddi çətinlik yaranar, əziyyət çəkərlər. O, belə məsuliyyətsizlik etdiyini heç cür özünə bağışlaya bilmirdi. Odur ki, dərin narahatllq keçirir, bir yerdə qərar tuta bilmir, səhərin açılmasını böyük səbrsizliklə gözləyirdi. Həmin gün sanki gecə də uzanmışdı. Sanki ötən hər dəqiqələr, saatlar illərə bənzəyirdi. Və sanki uzanan bu gecə ona istehza edir, yerini işıqlı səhərə verməyə qətiyyən tələsmirdi. İçində nələr baş verdiyini, bu cansıxıcı, üzücü narahatçılığın nədən yarandəğının əsil səbəbini bilməsə də, Xalidə hiss edir və bütün varliğı ilə özündə əminlik yaradırdı ki, nəsə baş verib və ya baş verəscək. Anlamadığı və baş aça bilmədiyi bu narahatlıq gerdikcə onu daha da üzürdü. Çox qəribədir ki, hərdən ona elə gəlirdi ki, xoş ağrı olduğu kimi, xoş narahatçılıq da olur. Və onun keçirdiyi bu narahatçılıq elə xoş bir narahatçılıqdır. Gülümsündü. Amma özü üçün dəqiq aydınlaşdıra bilmədi ki, bu, xoş təbəssümdür, yoxsa?...
Səhər dərsə gələndə çox da yaxın münasibətdə olmadığı bir tələbə yoldaşı ona yaxınlaşdı:
-Salam, sabahın xeyir, - dedi, - Sonra o tərəf, bu tərəfə baxıb Xalidəyə tərəf əyildi, - Xəbərin var?
-Sabahın xeyir, - deyə Xalidə təəccüblə soruşdu. – Nədən?
Qız sevinirmiş kimi dedi:
-Hicrandan.
-Hicrana nə olub ki? – deyə Xalidə özündən asılı olmayaraq narahatlıq keçirsə də bunu üzdə bildirmədi. Onun gözlərnə baxdı.
Qız yenə o tərəf, bu tərəfə baxaraq dedi:
-Ailsndən rəsmən boşanıb.
Xalidə ucadan, özü də səbəbini bilmədən urəkdən güldü:
-Nə olsun? Boşanıb, boşanıb da...Bunun bizə nə dəxli var?
Qız təəccüblə onun üzünə baxdı:
-Necə nə dəxli var? Sənə olmasa da, mənə böyük dəxli var. – Sonra onun qoluna girdi. – Heç elə oğlanı əldən buraxmq olar? Onun bir baxışından qızların ürəyi gedir.
Xalidə qəribə bir tərzdə gülümsündü:
-Bəlkə ölürlər?
-Niyə də ölməsinlər? – deyə qız heyranlıqla bildirdi. – Boy-buxun onda, yaraşıq onda. Əsil kişidir. Daşdan da pul çıxarır. Daha nə lazımdır?
-Yaxşı, bəs bunu mənə niyə deyirsən? – deyə Xalidə maraqla soruşdu.
-Aaa...Necə yəni niyə? Sənin qrup yoldaşındır da...Necə olmasa, bizə nisbətən sənə daha yaxındır. Sən daha yaxşı tanıyarsan...
Elə bu vaxt zəng vuruldu. Tələbələrin dəhlizə səpələnmiş və açıq pəncərələrdən dalğa-dalğa ətrafa yayılan haylı-küylü söhbəti və şən gülüş səsləri sanki bir anın içırisində özləri ilə bərabər auditoriyaya doluşdu. Bu gün üç fakültənin birləşmiş mühazirə dərsi idi. Tələbələr müəllimdən çox Hicrana baxırdılar. Xüsusilə qızlar baxışlarını yığışdıra bilmirdilər. Birləşmiş deyəndə üç fakqltədə cəmi 15-20 tələbə vardı və onların 6-7 si qız idi. Xalidədən başqa qızların bütün diqqəti Hicranda idi. Və onlar özlüyündə düşünür, yollar axtarır, müxtəlif planlar qururdular. Hicran isə sanki heç nə olmamış kimi əlini çənəsinə dayayıb müəllimə diqqətlə qulaq asır, heç nəyə əhəmiyyət vermirdi.Sanki onunüçün burda heç kəs yox idi. Hərdən oğrun-oğrun Xalidəyə baxsa da , gözlərini tez çəkir, yenə də əvvəlki vəziyyətini alırdı. Ona elə gəlirdi ki, bu tələbələr arasında ona yaxın, doğma və əziz bir adam varsa, o da Xalidə idi. Amma Xalidə ona yaxın olduğu qədər də uzaq idi. Və o, yaxşı bilirdi ki, Xalidə mənən elə yüksək bir zirvədir ki, ona çatmaq, ona yetişmək hər adamın işi deyil. Onun özünün çox zəngin bir yaradıcılıq dünyası var idi və o, bu dünyanın məhvərindən ayrılıb heç nəyə maraq göstərmirdi. O,tələbəlik həyatında özünün zəhmətkeş, qayğılı, fədakar ömrünü yaşayırdı.

Ardı var...


8-07-2025, 12:37

Son xəbərlər

Gəncə şəhərinin Baş planı təsdiqləndi

Azərbaycanda kartof BAHALAŞDI

ÜST İsrailin fosfor mərmilərindən istifadəsini araşdırır

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır - İLGİNC FAKTLAR...

Cərimənin məcburi tutulması qaydası dəyişdi

AAYDA – da ARAŞDIRMALAR APARILIR

İsrail yeni müharibəyə hazırlaşır

Bu ölkə distant iş rejiminə keçir - Səbəbi isə...

İsrail və ABŞ İran hava limanına zərbə endirdi

Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir

Təhsilimizdə “firon sindromu”: Müəllim niyə ALÇALDILIR?

Müşfiq Abbasov azadlığa çıxdı

Seymur Orucovun “qazi sindromu”: İcra başçısı nə etmək istəyir?

Benzin 30%-dək bahalaşdı

Rusiya Ukraynanın Su-27 qırıcı təyyarəsini vurdu

Avropa İttifaqı Şurasının Prezidenti Bakıya gəlir

Göyçayda yol BİABIRÇILIĞI: Nə icra hakimiyyəti maraqlanır, nə də AAYDA – Foto

GDU-da əməkhaqqı oyunbazlığı... - BU NƏDİ BELƏ?

Ağdaş rayon İcra Hakimiyyətinin 800 min manatlıq tenderi cari təmir işlərinə xərclənib?

Neftin qiyməti yüksəlir, sosial xərclər artacaq?

Sabah hava yağıntılı olacaq

FHN-ə gül "satan" Cəvahir Məmmədova bu dəfə Mədəniyyət Nazirliynin tədbirini kecirir - TƏFƏRRÜAT

Tikinti materialları bazarında durğunluq yaşanır - VİDEO

TVM və "İnnova" şirkətlər qrupu batır?

Baş nazir bu tarixdə parlamentdə hesabat verəcək

Müharibənin keşiyində olan dünyada ən güclü orduya kim sahibdir?

Onlarla milyonluq tenderlərin qalibi olan 'TVM İnşaat' və 'İnnova İnşaat' şirkətləri haqqında ŞOK İDDİA - TƏFƏRRÜAT

“Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...

Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək

Dubayda raket təhlükəsi barədə xəbərdarlıq edildi

Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO

Prezident tapşırıq verdi - İrana yardım göndərildi

Bütün xəbərlər