Gündəm

DİQQƏT! Azərbaycanda koronavirusdan ölənlərin çoxunda bu əlamət var - TƏBİB-dən AÇIQLAMA

Dünyanı lərzəyə salan COVİD-19 yeni növ koronavirus infeksiyasının əlamətləri barədə mediada kifayət qədər materiallar dərc edilir. Hazırda boğazı qıcıqlanan, öskürən, qrip olan, nəfəs almada çətinliyi yaranan, dad-qoxu bilmə qabiliyyətini itirən əksər şəxslər koronavirus şübhəsi ilə əndişə içində yaşayırlar.

Dünyada olduğu kimi, bu virusdan ölkəmizdə də dünyasını dəyişənlər var. Bəs, Azərbaycanda koronavirusdan ölənlərdə daha çox yuxarıda sadaladığımız hansı əlamətlər aşkar edilib?

Dogruxeber.az xəbər verir ki, bu suala TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev cavab verib.

İnfeksionist 80 faiz insanın koronavirusa yoluxduğundan xəbərsiz olduğunu bildirib:

"Koronavirus əlaməti hər insanda fərqli göstərir. Qripi hər insan eyni keçirmir. Bəziləri daha ağır formada keçirir, bəziləri daha yüngül formada keçirir. Koronavirus da onun kimidir. Statistik olaraq orta hesabla yüzdə 80 faiz ehtimalla insanlar koronavirusu yüngül formada keçirir. Bəziləri heç koronavirusa yoluxduğunu belə bilmir, o dərəcədə. Yəni, heç bir temperatur olmur, başqa bir narahatlıq olmur. Cüzi temperatur ola da bilər, olmaya da bilər. Əlavə olaraq halsızlıq, yorğunluq, boğaz ağrısı, dadbilmə, iybilmənin itməsi, diareya, əzələ ağrıları kimi şikayətlər olur. Amma daha çox, əsas şikayət temperaturdur, öskürəkdir və daha ağır formalarda nəfəs darlığıdır. Hər xəstədə bu o demək deyil ki, bütün əlamətlər görünəcək. Elə bir şey yoxdur.

"Heç özü koronavirus olduğunu bilməyə də bilər"

Elə xəstə var ki, ağır formalarda süni tənəffüs aparatına bağlana bilər, elə xəstə də var ki, yüngül formada, ayaqüstə keçirir. Heç özü belə koronavirus olduğunu bilməyə də bilər. Deyər ki, adi soyuqlamışdım, soyuq dəymişdi mənə. Belə də deyirlər. Amma yoxlasan həmin insan da koronavirusa yoluxa bilər. Təbii ki, bunlar yaş faktoru ilə yanaşı gedən xəstəliklə bağlı ola bilər, klinik əlamətlər daha yüngül və daha şiddətli formada keçə bilər.

"Birinci növbədə daha çox müşahidə edilən temperaturdur"

Dünyada da, ölkəmizdə də belədir, araşdırılıb. Koronavirusa yoluxan yüz xəstənin 90-da qızdırma olub, 70-də öskürək var, yüzdə 60-da nəfəs darlığı var, yüzdə 10-da əzələ ağrıları olub, digər 90-da olmayıb. Faiz etibarı ilə daha çox görünən əlamətlər temperatur, öskürək və nəfəs darlığıdır. Hər insanda fərqli-fərqli əlamətlərlə gedir. Məsələn, koronavirusun 10 əlaməti varsa, bir insanda bunun 3-ü görünə bilər, 7-i görünməyə bilər. Digər insanda beşi görünər, beşi görünməz. Elə adam da ola bilər ki, bütün əlamətlər görünə bilər. Ağır formalarda birinci növbədə daha çox müşahidə edilən temperaturdur".(Baxar.az)


Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər