Gündəm
Gündəm / İdman
Ronaldonun karantin müddəti başa çatdı
"Yuventus”un superulduzu Kriştiano Ronaldonun 14 günlük karantin müddəti başa çatıb.
Mumtv.az "Qafqazinfo”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu artıq Turin təmsilçisinin məşqlərinə qatılacaq.
Bu Ronaldonun karantindən sonra ilk məşqi olacaq.
Qeyd edək ki, Ronaldo mayın 5-i Portuqaliyadan İtaliyaya qayıtdığı üçün 14 gün müddətində karantinə alınmışdı.