Gündəm


Klinik Psixoloq Zeynəb Rzayeva ilə "MUMtv.az" üçün özəl müsahibə.

- Zeynəb xanım, siz uzun illərdir uşaqlarla çalışırsınız. Son dövrlərdə ən çox rast gəlinən inkişaf problemi nədir?

- Ən çox rast gəlinən problemlərdən biri: nitq ləngiməsi, sosial və emosional inkişafın geri qalması, diqqət və qavrama problemləridir. Uşağın ətrafla münasibət qurmaqda çətinlik çəkməsi və xüsusilə də danışmaması, sadəcə nitq problemi deyil – bu, bəzən onun ətraf mühitlə olan əlaqəsinin zəifliyindən və ya daha dərin neyroinkişaf faktorlarından qaynaqlanır.

– Cəmiyyətimizdə bəzən “atası da gec danışıb”, “bağçaya getsə düzələcək” kimi fikirlər səslənir. Bu fikirlərlə razısınız?

- Təəssüf ki, bu yanlış yanaşmalar uşaqda olan gecikmələrin vaxtında fərq edilməsinə mane olur. Bəli, bəzən uşaqlar fərdi inkişaf ritminə sahib olur, lakin nitq və qavrama ləngiməsi – gözlənilərək yox, dəyərləndirilərək izlənməlidir. Uşaq 3 yaşına qədər sadəcə 2–3 söz deyirsə, yaxud anlaması zəifdirsə, “atası da belə olub” deməklə zaman itiririk. Bu vaxt itkisi bəzən uşağın gələcəkdə məktəbəqədər və məktəb dövrünü ciddi şəkildə təsir edir.

– Belə uşaqlarla psixoloq olaraq necə işləyirsiniz?

Biz bu uşaqlarla həm oyun terapiyası, həm duyusal inteqrasiya çalışmaları, həm də anlama və ifadə bacarığını artıran fərdi proqramlarla işləyirik. Uşaq hər seansda bir az daha açılır, bəzən ilk dəfə söz deməyə başlayır, bəzən sadəcə göz kontaktı qurur – amma bu irəliləyişdir. Uşaqla yanaşı valideynlə də işləmək vacibdir. Valideynin inanması, doğru yanaşması prosesi ikiqat gücləndirir.

- Uşağı danışmayan, sosiallaşmayan, qavraması zəif olan valideynlərə nə tövsiyə edirsiniz?

- Ən birinci: “öz-özünə keçəcək” düşüncəsini buraxın. Bəzən sadəcə 6 ay tez müdaxilə, uşağın gələcəyini tamamilə dəyişə bilər. Unutmayın, uşaq zamanla danışacaq, amma nə qədər gec danışsa, o qədər duyğu və sosial təməlləri zəif qalacaq. İkinci olaraq, uşaqla təzyiqsiz, amma strukturlu şəkildə məşğul olmaq vacibdir. Sadəcə danış deməklə deyil, onunla hissləri, oyunları və əlaqəni bölüşməklə nitq açılır.


– Siz öz mərkəzinizdə bu uşaqlarla necə yanaşma tətbiq edirsiniz?

- Bizim mərkəzdə fərdi yanaşma əsasdır. Uşağın yaşına, vəziyyətinə və ailə strukturuna uyğun plan qurulur. Sensor terapiya, oyun terapiyası, loqopedik dəstək və eyni zamanda psixoloji müşahidə ilə birlikdə ailəyə də yol xəritəsi verilir. Məqsədimiz sadəcə uşağın nitqini açmaq deyil, onun özünü ifadə edə bilən, sevgi dolu və özünə güvənən bir şəxsiyyət kimi formalaşmasına dəstək olmaqdır.

- Uşağı danışmayan valideynlərə bir cümlə ilə nə demək istərdiniz?

- Zamanı itirməyin. Uşaq susduqda, ruhu danışır. O, sizi eşitmir deyə yox, siz onu anlamadığınız üçün susur. Onu eşidin, hiss edin və dəstək alın. Çünki hər bir uşaq danışmağa deyil, anlaşılmağa ehtiyac duyur.


Əlaqə nömrəsi: (+99455) 626 93 55


16-06-2025, 14:30

Son xəbərlər

ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir

Zərdabda “Qalib liderin yolunda: Gənc müəllimlər arasında ideya müsabiqəsi” keçirilib –FOTO

ABŞ Ermənistana qoşun yerləşdirib: “14 gün vaxt lazımdır”- İDDİA

GİN tədbirə 1 milyon manat xərcləyəcək

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

Agentlik Sabirabadda 69 minə ev tikir

Hesablama Palatasının tenderi ikinci dəfə ləğv edildi: Yenə benzin ala bilmədilər

Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO

Epşteyn bu ölkədə görüldü — Saqqallı formada – VİDEO

Livanda bina çökdü - Ölənlər var

Hərbçilərimiz qəzaya düşdü - Ölən və yaralananlar var

Tramp dərman saytı yaratdı

57 tender qazanan şirkət "qara siyahı"da - "Dasta Group" niyə "etibarsız" oldu?

Saleh Məmmədov necə yadda qaldı? - Tender qalmaqalları, qeyri-şəffaf maliyyə bölgüsü, qohumbazlıq...

“AYNA”-nın 12 min manata quraşdırdığı dayanacaq uçub?

Bakıda ağacları kəsdilər – Təbiətə 25 min manat ziyan vuruldu

Yeni sədr kimdir? – DOSYE

“İcbari Sığorta” 100 manatlıq şirkətə 232 min ödəyəcək

NK-dan İnzibati Xətalar Məcəlləsi ilə bağlı SƏRƏNCAM

Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirilib

Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…

Agentlik 6 milyon manata 24 ölkədən Azərbaycana jurnalist və bloger gətirəcək - TƏFƏRRÜAT

Saleh Məmmədovu bu şəxs əvəz edə bilər - AAYDA-da yeni təyinat gözlənilir

Səfər Mehdiyevin köməkçisi HƏBS OLUNDU - BUNA GÖRƏ...

 "Həm 200 minimi vermir, həm də məni həbslə qorxudur" - İcarədar iş adamını ittiham edir

“İdrak” liseyinin təsisçisinin oğlu bu özəl stomatoloji klinikanın rəhbəridir

“Qarabağ” “Nyukasl”la oyun üçün bu futbolçuları siyahıya saldı

Liseyin binası Ruslan Eyyubovun imiş

Mətbuat Şurası “İdrak” liseyindəki güllələnmə hadisəsi ilə bağlı jurnalistlərə çağırış edib

Bu klublar cərimələndi

Gənclər və İdman Nazirliyi tədbirlərin təşkilinə bir milyondan çox xərcləyəcək

Neftçala bələdiyyəsinin keçmiş sədri kimdən rüşvət alıb? – İTTİHAM AKTI

Bütün xəbərlər